Salam. Yaxın günlərdə ailə məsələri ilə əlaqədar 2 gün Gürcüstana səfər etmişdim. Yollarda son vaxtlar sürücülərin qaydalara əməl olunması hallarında müsbət dəyişiklik nəzərə çarpacaq dərəcədə hiss olunur. Hesab edirəm ki, “Avtosfer.az” saytının maarifləndirici yazılarının bu sahəyə təsiri əvəzolunmazdır. .Hərəkət zamanı yol nişanlarının tələblərinə maksimum əməl etməyə çalışmışam. Təəssüflər olsun ki, bəzi yol polis əməkdaşları sürücülərin hərəkətlərində sanki qayda pozuntusu axtarırlar. Bakı-Qazax yolunun 284-cü km-də ptotokolda yazılana görə 881 nömrəli YPX avtomobili birtərəfli hərəkət istiqamətində hərəkətin əksinə dayanmışdı. Sağ tərəfdə yük avtomobillərinin çoxluğunu nəzərə alıb sol zolaqla hərəkət edirdim. YPX avtomobili hərəkətə mane olduğu üçün yavaş-yavaş sağ zolağa keçməyə başladı və həmin vaxt yaxınlıqda heç bir avtomobilin olmadığı üçün dönmə nişanından istifadə etmədin. YPX avtomobili məni saxlatdı və işıq cihazlarında düzgün istifadə etmədiyim üçün protokol yazacağını bildirdi. Mənim etirazımdan sonra uzaqlaşıb ratsiya vasitəsilə kiminlə isə məsləhətləşdikdən sonra manevr qaydalarını pozduğumu bildirdi və protokol tərtib etdi. Özünü ali təhsilli serjant kimi təqdim edən Cəfərov İsgəndər Ağasəf oğlu ilə mübahisənin mənasız olduğunu görüb protokolun aşağı hissəsində ittihamla razılaşmadığımı və inspektorun izahının qaneedici olmadığını yazdım. Sizin bi ekspert kimi fikriniz mənim üçün önəmlidir. Mən doğrudanmı manevr qaydasını pozmuşam. Cavab üçün əvvəlcədən təşəkkürümü bildirirəm.
Salam. Bəli, hərkət zolağında yerdəyişmə vaxtı müvafiq dönmə siqnalı verilməlidir. Bunu etməmək həmin manevrin qaydasını pozma sayılır.
Salam.Xahis edirem deyerdiniz avtomobil tekrar qeydiyyata alinanda avtomobilin ustundeki nomrenin deyisilmesi mecburidir yoxsa konullu ve buna gore tekrar rusum odenilirmiTekrar qeydiyyat ucun hansi senedler teleb olunur ve hansi rusumlar odenilmelidir ve ne qeder rusum odenilmelidirBir de ki avtomobil oktyabr ayi texniki baxisdan kecib fevral ayinda tekrar qeydiyyata girirse,texniki baxis talonu yeniden verilmelidirYeni mecburidir yoxsa konulluEvvelceden tesekkur edirem.
Salam. Texniki baxisin vaxtina hele var. Amma texniki muayine aparilacaq. onun da rusumu 20 manatdir. Umumilikde tekrar qeydiyyat zamani sizin cemi 70 manat dovlet rusumu odemeniz lazimdir. Texniki muayine, texniki pasportun deyisilmesi, nomrenin rusumu ve bank xerci. Nomre ise alan ve satan shexsin raziligi ile saxlanila biler. Qanun buna icaze verir
Salam men oglumla bir menzilde yawayiram oglumun menim mawinimi surmeye etibarname vermeliyem yoxsa sure biler etibarnamesiz
Salam. Etibarname verilmelidir. Evvel siz deyen kimi idi, artiq qanun deyisib bir nece ildir
salam.mende masinin farasina lupa qoymusam.ksenon qurasdira bilerem ya yox
Salam. Avtomobilin konstruksiyasinda bele sheyler nezerde tutulubsa olar. İcaze yoxdursa servisde deqiqlesdirin. Eks halda cerime oluna bilersiz
Salam. Zəhmət olmasa izah edərdiniz sürücünün fərdi kabineti nə deməkdir və ora necə daxil olmaq olar
Salam. O Asan Xidmət merkezinde yaradilacaq yeni sistemle bagli olan meseledir. Tam hazir olanda melumat vereceyik
Xahiş edirəm sualımı cavablandırasınız.Maşını başqasına satarkən dioqnostikadan keçirməliyəmmi
Salam. Xeyr. Mecburi deyil. Amma alan shexsin isteyi ile kecirmek olar
Salam, zehmet olmasa menim sualimi cavablandirasiniz.Etibarname ile aldigim masini aile uzvlerimden birine bagislamaq ucun senedlesmeye ne qeder pul lazim olar. Tesekkur edirem.Cox sag olun.
Salam. 70 manat
salam zehmet olmasa deyerdiz piyada kecidinden istifade etmediyine gore cerime olunan Piyada cerimeni odemek ucun online hansi saytdan istifade ede biler xahis edirem linki gonderesiniz cunki hokumet odenis portali saytina daxil oluram ama tapa bilmirem
Salam. Merkezi Bankin saytina baxin, apus.az Ve ya Asan Xidmetden oyrenib odeye bilersiz
Salam, Mən sizə belə bir sualla müraciyət etmişdimaşağıda təkrar DYP qeydiyyat bölməsinə müraciyət etdim dedilər mümkün deyil yalnız rayon qeydiyyat nömrəsi almalısınız. həll yolu varmı Mən rayon qeydiyyatındayam maşınım Bakı qeydiyyatıdır etbarnamə ilə idarə edirəm iki ay öncə DYP-nin qeydiyyat bölməsinə bildirdim ki, maşını adıma keçirmək istəyirəm Bakı nömrəsi qalmaq şərti ilə dedilər problem yoxdur. Bir həftə öncə yenidən müraciyət etdim bildirdilər ki, qanun ləğv edilib. Bilmək istəyirəm qanun ləğv edilib
Salam. Qanun leğv edilməyib, Əgər bunu etmirlərsə, rəsmi imtina cavabı alın və məhkəməyə müraciət edin.
Salam, menim avtomobilim mitsubishi lancerdi..tyuning etmek fikrim var, sadece burda restalinqden soz gedir.mawinin motor,asma,idare etme sistemi deyishilmir! Sadece bamper .. axi niye aadagandi Mawinin modeli deyishilmir,sedan olaraq qalir. Radioda avtostop verlishinde bildirilir ki,tyuning qanunla qadagan deyil! Amma sizin saytda oxudum hetta video yerleshdirilib ki qadagandi. Bunu izah etmeniz xahish olunur..
Salam. tüninq hüquqi anlayış deyil, ona görə də "nə tüninq qadağandır", nə də "tüninq qadağan deyil" ifadəsi doğru deyil. Tüninqin hüquqi ifadəsi avtomobilin konstruksiyasına dəyişiklik etməkdir. Belə dəyişiklik də etməyin qanuni yolları və şərtləri var. Ümumi şərt belədir: 1. Dəyişiklik avtomobilin rənginin dəyişməsinə səbəb olmamalıdır, amma rəng dəyişərsə, bu DYP-də qeydiyyata alınmalıdır. 2. Dəyişiklik nəticəsində avtomobilin marka və modelini eyniləşdirməkdə çətinlik yaranmamalıdır. Marka və modeli dəyişən dəyişikliyə yol verilmir. 3. Dəyişiklik nəticəsində avtomobilin texniki göstəricilərinin, onun ayrı-ayrı aqreqat və detallarının normativləri və satandartları pozulmamalıdır. Bax bu 3 şərtə riayət etməklə dəyişikliklər (onun tüninq adlandırın və ya staylinq adlandırın, fərqı yoxdur) olar. Yəni, məsələn, buferləri, yan güzgüləri və s. eyni modelə aid olmaqla dəyişmək olar,
mersedesde zavad ksenonla buraxib . bakida bu avtomobili idare edebilerem
Zavod istehsalidirsa idare eleye bilersiz. Amma yene de deqiqlesdirin
Cerimeler azalsin insaf olsun bu qeder olmazki il erzinde 2000den cox cerime vermiwem
Qayda pozmasaniz hec kim sizi cerime elemez
Avtomobilim VAZ 21015 2011-ci il istehsalıdır. XAHİŞ EDİRƏM DEYƏSİNİZ 2016 -CI İLDƏ TEXNİKİ BAXIŞDAN KEÇMƏLİYƏMMİ
Beli. Kecmelidir
06.01.2015-ci ilde radara düşmüşem amma texminen 1 il sonra ayin 30.12.2015 ci il tarixinde piyada kecidinde cerime olunarken yol polis emakdaşi mene o radari verdi. yeni men bilmek isteyirem 1 ilden sonra radar gele biler. Bu vaxta qeder poctla yadaki nomreye zeng eleyib deye bilerdiler. Sentyabrdada texniki baxişdan kecmişem ordada mene bu haqda melumat verilmiyib
icraataı dayandırma üçün İXM-in 415-ci maddəsində göstərilən hər hansı əsas olubsa və icraata dayandırılıbsa, onda bir ildən sonra da cərimə yazıla bilər.
Apteçkası olmayan sürücülər cərimə olunacaqmı
Buna gore cerime hemise var. Cerimesi 3-5 manatdir
Salam size BCDE kateqoriyali surucu lazimdir. 47 Yasim var 20 yasimdan surucuyem
Xeyr. Lazim deyil. Ugurlar
Apteckanin cerimesi bildik 5 manatdir , bes odsonduren ve qeza nisaninin cerimesi ne qederdi
Odsondurenle bagli konkret cerime yoxdur. Avtomobilde odsonduren olmamasina gore cerime meselesi qarisiq veziyyetdedir
Mən sizə konkret YHQ pozan surücülərin fotolarını göndərmək istərdim ancaq sizin saytınızda bunlar nəzərə alınmayıb.Zəhmət olmasa bi e-mail ünvan verin.Mənim e-mail ünvanım:[email protected]
Saytla elaqe bolmesinde email adreslerimiz var. Bu adrese de gondere bilersiz. [email protected]
Salam men avtomobilimi etibarnameynen sururem onu birbawa adima kecirde bileremmi ve onun rusumu ne qederdi vaz 2106 di xahiw edirem cavab verin tewekkur edirem
Salam. Oz adiniza yox, yaxin bir adaminizin adina kecire bilersiz. Rusumu 70 manatdir
Salam. Əvvəlcə qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə saytınızın kollektivini səmimi qəlbdən təbrik edir fəaliyyətinizdə uğurlar arzulayıram eləcə də əhalinin maarifləndirilməsi istiqamətində gördüyünüz işlərə görə istifadəçilər adından Sizlərə təşəkkürümü bildirirəm. Son günlər şəhərdə üçlük tibb çantası, odsöndürən və qəza dayanma nişanı ajiotajı yaranması barədə yəqin ki məlumatınız var. Bir qrup insanlar kütləvi şəkildə həmin üçlüyün əldə olunması üçün bazarlara üz tutub və təbbi ki, işbazlar bundan istifadə edərək qiymətləri xeyli qaldırıblar. Şayələrə görə üçlüyün hər bir detalın yoxluğuna görə 50 Azn cərimə nəzərdə tutulub və iddia edirlər ki, artıq redylər keçirilməyə başlanılıb. Odsöndürücünün kimyəvi tərkibi və tutumu barədə müxtəlif məlumatlar səsləndirilir. DYP-in rəsmi səhifəsində tibb çantasının yoxluğu haqqında cərimədən 3-5 manat başqa deyilənlərin heç biri barədə məlumat tapa bilmədim. Sizdən xahiş edirəm şayələrə son qaymaq üçün bu barədə ətraflı məlumat verəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.
Salam. Cox sagolun. Tesekkur edirik. Biz de Sizi tebrik edirik. Artiq dediyiniz mesele ile bagli yazilarimiz oldu saytda. Yeqin ki izlemisiz
Salam. Sizdən bir məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm. Avtomobildə odsöndürücü və tibbi ləvazimatların apteçkaların saxlanılmamasına görə inzibati xətalar məcəlləsinin hansı maddəsi ilə və neçə manat cərimə nəzərdə tutulub .Eləcə də bilmək istərdim ki, odsöndürücülərin konkret növü tozlu yaxud karbon dioksid və dərman vasitələrinin adı göstərilibmiCavab üçün təşəkkürlər.
Salam. Dərman qurtusunun olmamasina gore 5 manat cərimə nəzərdə tutulub. Odsonduren iki formada var. Hansindan olsa qebul edilir. Dermanlarin siyahisi ile bu linkden tanis ola bilersiz. http://avtosfer.az/news/14982
salam.mən maşınıma tibb çantasını hardan əldə edə bilərəmDYP-nin qoyduğu standartlara cavab versin
Salam. İstenilen aptekden ala bilersiz. Hazir qutulardir. Amma elave olaraq bezi agrikesici dermanlar ve sargi desti alinmalidirx
Salam.Zəhmət olmazsa deyərdiniz tək apteçka olmamasına görə cərimə nə qədərdir
Salam. 5 manatdir
Rusiya Fed-inda alinmish suruculuk vesiqesinin vaxti 2015 ci ilde qutarib. men yenisini Azerbaycanda almaq isteyirem. buna gore tezeden imtahan vermeliyem ve rusumu ne qederdir. xaish edirem cavablandirardiz, teshekkurler
Siz yeniden imtahan vermirsiz. Sadece elinizdeki vesiqe ile DYP-nin İmtahan qeydiyyat shobesine yaxinlasin, bazada yoxlanilacaq. saxta vesiqe deyilse size yeni Azerbaycan suruculuk vesiqesi verilecek. rusumu 18 manatdir
Men Agdam rayonundan mecburi kockunem hal hazirda Baki weherinde meskunlawmiwam avtomobilimi Baki weheride adima kecirde bileremmi tewekkur edirem
Beli. Adiniza kecire bilersiz. Problem yoxdur
Salam men vaz 2107 markali avtomobilime satisda olan qara rengli suse alib qurasdirmisam dyp emekdasi meni saxlayib elinde hec bir susenin tundluyunu olcmek ucun cihaz olmadan susenin tund oldugunu bildirdi men biliremki bu suse azs 122-2014 standartina uygundursa icaze var ama o mene gerek bu suseni vaz istehsal ede onda olar dedi mene protokol tertib etmesede mene menevi ziyan vuraraq ailem masinda ola ola 2 saatdan cox yolda saxladi men kime muraciet edib sikayet ede bilerem birde suselerimi harda olcdurub elimde senet ya bir subut olsunki bu suse azs 122-2014 uygundur ve icaze var istifade etmeye cox sagolun
Salam. avtomobilin şüşəsinin tündlüyü xüsusi cihazla ölçülməlidir. Bu cihaz rəsmi servislərdə də ola bilər. Həmin cihaz DYP-nin texniki baxış məntəqələrində var. Şüşə standarta uyğun deyilsə, sürücüyə 150 manat cərimə yazılmaqla həmin şüşə dəyişdirilməlidir. Shikayet ucun DYP-nin 902 xidmetine zeng ede bilersiz
islemek isteyirem
Harda?
Salam. Bagislayin bilmek isterdim ki pravasi olan bir sexse masinini davernussuz etibar etmeyin cermesi necedir her ikimize cerime dusur ya birimize xahis edirem etrafli melumat verin da. Evvelceden minnetdarligimi bildirirem
Belə halda əgər maşının sahibi də maşında olarsa, heç bir cərimə yoxdur, amma maşının sahibi olmazsa, onda etibarnaməsiz sürən 40 manat cərimə olunur. Maşın sahibinə isə buna görə heç bir cərimə yazıla bilməz.
Salam.Bizim kimi inkishaf etmish bir olkede niye tuninge icaze yoxdur veyaxud varsa belke menim xeberim yoxdur.Men oz avtomobilimin muherrikini 1.6 bashqa bir eyni markanin bashqa modeli ile deyishmek isteyirem 2.3 bunu xususi plafaktoriyada etmek mumkundur.Senedde verirki muherrik bu avtoservisde deyishilib.birde xususi bumper ve on fenerler qoymaq isteyirem.Men bunu texpasportda qanuni olaraq qeyde almaq isdiyirem.Xahish edirem proseduru deyin.Olkemiz rally hevaskari ve bacariq potensiali olan genclerimiz coxdur.Bu maraqla hetta olkemizin bayragini zirvelere qaldira bilerik.Xahis edirik biz cavanlari dushunun : teshekkur
Salam. Sizə kim deyir ki, bizdə tüninqə icazə yoxdur? Belə bir söhbət yoxdur. Sadəcə olaraq, tüninqin nə olduğunu bilmirik. Tüninq hüquqi anlayış deyil. Tüninq avtomobilin konstruksiyasına dəyişiklik edilməsidir. Bu da bizim qanunvericiliyimizdə var. Konstrukiya dəyişikliyi standartlara və normativlərə uyğundursa, qanunla müəyyən edilən qaydada rəsmiləşdirilirsə və nəzərdə tutulduğu halda qeydə alınırsa, heç bir problem olmur. Amma tüninq adı ilə avtomobili min hoqqaya salmaq, bütün normativ və standartları pozmaq yalnız problemlər doğuracaq.
Salam aleykum! Dünən C.Hacıbəyli küçəsində yol polii məni saxlayıb yol ayrıcı keçmə75-ci maddə qaydalarını əsas gətirirərk qarşıdan gələni gözləmədən dönmə əməliyyatı mənə protokol tərtib etdi. Mən etiraz etdim və dedim ki sizin izah etdiyiniz qanunda qarşıdan gələn avtomobilin hansı məsafədə olması qanunda göstərilməyib. Mənə foto sübut təqdim etmədyi üçün protokola etiraz etdim və oz qeydlerimi yazaraq imzaladim. Polis foto və video sübutlar təqdim etməlidirmi İkici sual isə protokolda yazib ki işə yanvarin 1 də Yasamal RPİ-də baxılacaq. Rəsmi bayram günü işə baxılması mümkündürmü
Salam. Yolayrıcında yol verməmə o zaman baş verir ki, sürüc yol verməli olduğu nəqliyyat vasitəsinə mane olsun (onu sürətini və istiqamətini dəyişməyə məcbur etsin). Foto və ya video sübut o halda təqdim olunur ki, orada kamera olsun. Kamera varsa, işləyirsə, bəli, belə sübut işə əlavə edilməlidir. Baxışı bayram gününə təyin etmək də yanlışdır, DYP əməkdaşı günü yazarkən elə mexaniki olaraq 10 gün sonranı göstərir. Amma siz bayramdan sonra həmin DYP şöbəsinə müraciət edin


