Salam avtomobilim 1973 istehsali vaz 2101 retro avtomobildir, onun on buferine hallogen duman isiglari qurasdira bilerem? bildiyime gore qanunla 1 ve ya 2 eded qurasirmag olur eger duman olmayan vaxti istifade etmiremse
Nihad | 16 Yanvar 2024 23:17
Salam. Həmin işığın şəklini göndərə bilərsiniz?
Avtosfer.az | 21 Yanvar 2024 13:47
Salam. Motosikletimi qardaşımın adına keçirtmək istəyirəm. Mühərrik həcimi 150cc. Deyilənə görə qeydiyyat rüsumu aşağıdaki düstur ilə hesablanır:
150(müh.həcmi)*0.05(mühərrikin hər kubuna görə olan rüsum)*0.3 (istehsalı 10ildən çox olan n.v. rüsumu) bu doğru hesablamadı?
Texniki baxış yeni olunubsa DYPdə texniki baxışı yenidən keçməyə məcbur edə bilərlər? Texniki baxışın rüsumu neçədi motosiklet üçün? Nasazlıq aşkar olunsa nasazlıqları aradan qaldırmadan birinci il texniki baxışdan keçə bilirəm?
Nömrə çipsizdir və 008 ilə bitir. Nömrəni dəyişməyə bilərəm? Yoxsa nömrəni qeydiyyat zamanı dəyişməyə məcbur edə bilərlər?
Ümumiyyətlə nəqliyyatı rüşvətsiz qeydiyyatdan keçirtmək istəyəndə mənə çoxlu əngəllər yaradırlar. Bu halda nə etməliyəm?
Vəli | 16 Yanvar 2024 23:01
Salam. Mühərrik həcminə görə olan rüsum minik avtomobillərinə aiddir. Motosikletlərə və yük avtomobillərinə aid deyil. Texniki baxış 2024-də olubsa qeydiyyat zamanı texniki baxışa ehtiyac yoxdur.
Nömrəni dəyişməyə bilərsiniz.
Əngəl yaradıldığı halda DYP-yə müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2024 13:46
Salam fort tranzit arxada ayaqliq var bu elave avadanliq gedir?
Sadiq | 16 Yanvar 2024 17:57
Salam. Foto göndərin baxıb deyək
Avtosfer.az | 21 Yanvar 2024 13:43
Hər vaxtiniz xeyir.
Mən, 2023-cü ildə istehsal olunmuş yeni elektromobili Çindən sifariş etmişəm. Meyvəli gömrük terminalında gömrük rəsmiləşdirilməsi proseduru başa çatdıqdan sonra, həmin gömrük terminalının yanında yerləşən Dövlət Yol Polisi İdarəsində, guya yanlış müşayiət olunan sənədlərə görə qeydiyyatdan keçərkən və daha dəqiq desək, istifadə olunan kağız növündəki fərqə görə mənə avtomobilin qeydiyyatından imtina etdilər. Qeyd edim ki, senedler orjinaldir ve maşınla birlikdə maşın istehsalçısı tərəfindən göndərilib. İmtinaya hüquqi qiymət verilməsi köməklik göstərilməsini xahiş edirəm.
Dmitriy | 16 Yanvar 2024 16:02
Salam. Bu barədə DYP-yə rəsmi şəkildə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 21 Yanvar 2024 13:43
Salam Tayota prado avtomobilinde on bufere elave demir qorucu taxmaq ve elave prajektor isiqlandimani qoymaq qanunu pozur?
Shamil | 16 Yanvar 2024 15:47
Salam. Hansı dəmirdən gedir söhbət?
Projektora icazə yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 13:42
Salam, Avtomobil Generalniy dovernusla menim adimadi Yoldasimin adına aformut etmek isdiyirem risum necedi, avto Land Cruiser 2013, 4 mator. Sigorta tezniki baxis var nömrede usde qalacaq,
Surxay | 16 Yanvar 2024 11:09
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun.
Avtosfer.az | 21 Yanvar 2024 13:41
Salam menim masinimj vurublar,zerecekmiw menem,gunah diger masinin surucusunde olub,yeni qanuna esasen her iki surucu cerimelenir 3 val 60 manat bu dogrudumu?
Rasif | 15 Yanvar 2024 22:15
Salam. Siz qayda pozmamısınızsa heç bir cərimə olunmursunuz.
Avtosfer.az | 21 Yanvar 2024 13:40
Salam mellim.Men size sual yazmiwdim ve coox sag olunki cavabladiz. hansiki Vaz masinlarinin arxa stoplarinin deyiwmesi ile bagli. Izahli sekilde yazmisizki olmaz. qanuni deyil onlar. Menim sualim budurki onlarin biz icazesini Merodanmi veya hansisa Vaz servisinden ala bilrekimi deyiwdirmek olar. bize hansisa bir qurum icaze vere bilermi onu. yoxsa ele bir wey mumkun deyil. menim sulalim budur. icaze ala bilrekimi yoxsa yox.
Iset | 15 Yanvar 2024 20:23
Salam. Xeyr, belə icazələr yoxdur. Qanun qadağan edirsə ona heç kim icazə vermir. Qanun icazə verən şeyə görə isə icazəyə ehtiyac yoxdur.
Avtosfer.az | 21 Yanvar 2024 13:39
Salam dayanmış maşına qarda sürüşüb yüngül zede vurmuşam bunun cerimesi nedir ve hansı madde ile
Səmid | 15 Yanvar 2024 14:40
Salam. 327.1- 40 manat.
Avtosfer.az | 21 Yanvar 2024 13:38
Minik avtomobilinin alın şüşesinin yuxarı hissesine maksimum neçe sm plyonka olar?
Elçin | 15 Yanvar 2024 13:30
15 sm.
Avtosfer.az | 21 Yanvar 2024 13:37
Salam hər vaxtınız xeyir olsun.2il əvvəl maşın satmışam.alan adam 1il general etibarnamə ilə,1il də etibarnaməsiz maşını idarə edib.2il ərzində ümumilikdə 25 ədəd protokol tərtib olunub onun adına.25 dənənin 15dənəsi mənim adıma gəlib.masina həps qoydurmusam, duracağa yerləşdirilib.Alan adam cəriməni ödəmir və ödəmə imkanım da yoxdur deyir.normal olaraq da mən də ödəmək istəmirəm.Vəkillə görüşmüşəm,ən optimal variant kimi mənə mülkiyyətimdə olan maşından imtina etməyi məsləhət gördü.yəni mənim maşınla olan əlaqənin tamamilə kəsilməsi üçün bunu etməli olduğumu dedi.getməliyəm Meroya, adıma olan texpasportu ləğv etdirməliyəm.Cəriməni də cərimə törədən adam ödəyər ödəyər,odəməz də dyp onu məhkəməyə verib onsuzda odətdirəcək.cərimə ödənəndən sonra gedib maşını öz adına aformut etdirər.
Yazıb sizdən xahiş edirəm ki,bu barədə mənə kömək edəsiniz.bu çətin vəziyyətdən çıxım.nə etməliyəm, hansı addımları atmalıyam, bu hal hansı qanunla tənzimlənir və hansı maddələri ilə?. zəhmət olmasa mənə ətraflı məlumat verəsiniz.əvvəlcədən təşəkkür edirəm.
Çox xahiş edirəm mənə kömək edin
Zəki | 15 Yanvar 2024 11:57
Salam. DYP cərimələri onun adına keçiribsə nədən narahatsınız? Və ya keçirməyibsə müraciət edin cərimələri keçirsinlər onun adına.
Avtosfer.az | 21 Yanvar 2024 13:36
Salam. Toyota Land Cruiser teker(18”) diskini Lexusla(20”) deyismek olar?Konstruksiya deyisikliyi spatula biler?
Movsum | 14 Yanvar 2024 18:38
Salam. Zavod həmin ölçüyə icazə verirsə dəyişə bilərsiniz.
Avtosfer.az | 21 Yanvar 2024 13:33
Salam zehmet olmasa menim bu sualimida cavablandirmaqda komeklik edesiniz. Menim masinim UAZ39094 sekili yerlesdirdiyim masindir, 2018-ci ilde oz adima Lenkaran merosunda qeydiyyata salmisam 22 dekabr 2023-cu ilde texniki baxisa getdim mene dediler ki senin tekpasportun duz deyil , yazilmali idi yari yuk ve sernisin 4+1 ve buna gorede menden yuksek meblegde pul isteyirler. Bilmek isteyirem ki, bu meronun sehfinin eziyyetini men niye cekmeliyem ve ya bu problemi nece qaydasina qoya bilerem? Bunun ucun men odenis etmeliyem ve ya sikayet?
Əmir | 13 Yanvar 2024 22:49
Salam. Səhvə görə siz heç bir ödəniş etməli deyilsiniz. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2024 13:32
Salam.Toyota Land Cruiser 200 (2013 model) markalı avtomobile 20lik tekerler qanunla icaze var mı? Qanunvericilikde bununla bağlı ne deyilir ?
Elxan | 13 Yanvar 2024 20:28
Salam. Bunlar qanunda yazılmır. Siz kitabçaya baxın görün zavod hansı ölçüyə qədər icazə veribsə həmin ölçülərdən istifadə edin.
Avtosfer.az | 21 Yanvar 2024 13:31
Salam. Bashqa bir mashinin ustundeki qeydiyyat nishani oz mashinima taxmaq ucun dovlet rusumlari nedi? Ve proses nece getmelidi?
Orxan | 13 Yanvar 2024 16:03
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/avtomobil-nomresinin-qanuni-yolla-perekidka-edilmesi-qaydalar-99820
Avtosfer.az | 13 Yanvar 2024 17:16
Salam mənim maşınım yoxdu motosiklet adıma var 2015 ci ildə satmışam etibarnamə ilə indi mənə cərmə gəlib cərmədə maşın gösdərilib nə edə bilərəm birdə motoskileti necə adımdan çıxarda bilərəm kimə saytmışam həmin adamı tapa bilmirəm
Tahir | 13 Yanvar 2024 12:32
Salam. Cərimə ilə bağlı DYP-yə müraciət edin. Satdığınız şəxsi tapmaq üçün də DYP-dən kömək istəyə bilərsiniz.
Avtosfer.az | 13 Yanvar 2024 17:15
Salam Hyundai Santa Fe 2013 ön dumanlı faraya sade ağ lampa (led yox) taxmaq olarmi?
Zəhmət olmasa cavablandırardiniz təşəkkürlər
Muxtar | 12 Yanvar 2024 12:06
Salam. Bəli, olar.
Avtosfer.az | 13 Yanvar 2024 17:13
Salam mənim maşınımın raması sınmışdı qaynaq etmişəm. Texini baxışa apardım maşını duracağa goyublar, deyirler ekspertiza reyi olmalıdır, bilmek isteyirem ekspertiza reyini men almaliyam yoxsa mero? Birde bu neqeder müddet çeke biler
Əmir | 12 Yanvar 2024 01:40
Salam. Ekspertizanı onlar təyin edir. Cavab 1 aya qədər gəlməlidir.
Avtosfer.az | 13 Yanvar 2024 17:12
Salam. Sulaim beledir: Menim Suruculuk vesiqemde kohne etibarnameler esasinda olan avtomobillerden cermelerim qalib. Ona gorede suruculuk vesiqem mehdudlasdirilib. Men nece berpa ede bilerem? Suruculuk vesiqemde 17.11.2024-cu ilde vaxdi bitir.
Serxan Cavadov | 12 Yanvar 2024 01:14
Salam. Cərimələr ödənilməlidir və məhdudiyyəti qoyan məhkəməyə müraciət edərək ödəniş çeklərini təqdim etməlisiniz. Cərimələri ödədiyinizi sübut etdikdən sonra sürücülük hüququnuz bərpa ediləcək.
Avtosfer.az | 13 Yanvar 2024 17:10
salam. men burada sizi izliyirem ve coxda raziyam sizin cavablarinizidan. sualim beledirki biz merodan ve ya hansisa servisden sened ala bilerkimi ve o sened esasindada niva markali masinimizin qabaq faralarini wrangel qoyaq,arxa stoplarini led olannardan deyiwek. misal ucun wrangel faralar universaldi nivaya onun olcusu yerlewmesi tam uygun gelir. qabaginda lupasi var. sadece niva zavodu sari bu ise ag yanir ferq bundadir. bu sualimin qanuni yolu nedir nece edek. xahiw edirem cavablayasiz. evvelceden tewekkur edirem
ismet | 12 Yanvar 2024 01:12
Salam. Təşəkkür edirik diqqətiniz və xoş sözləriniz üçün.
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/vaz-markali-avtomobillere-bu-stoplardan-qurasdirmaq-olar-ya-yox-foto-229546
Avtosfer.az | 13 Yanvar 2024 17:08
Salam men heyder eliyev prospektinde 70 lik yolda 80 la getdiyime. Ve soldan saga manevr etdiyime gore. Meni yol patrul emeksaşlari. Polis bolmesine aparib 1000 manat cerime olunursan Ve suruculuk vesiqene lişeniya yazilir dediler. Eger odemirsense 500 manat bize ver biz hell ederik vermesen vesiqeni vermeyeceyik deyib 500 manat pul aldilar mennen bununla bagli zehmet olmasa cavablandirardiz bu pozuntunun cerimesi 1000 manatdir ?
İsmayil | 11 Yanvar 2024 17:10
Salam. Hadisə ilə bağlı bizə videogörüntü təqdim etsəniz düzgün olub-olmadığını deyə bilərik.
Avtosfer.az | 13 Yanvar 2024 17:06
Yol hadisə zamanı maşını yolun kənarında saxlamışdım, polisi gözdüyürdüm, mənə parkovka cəriməsi gəlib kameradan ona görə, mən bu cəriməni ödəməliyəm, yoxsa BNA-ya müraciət eliyə bilərəmki yol hadisə olan yerində polis gözdüyürdüm ona görə maşın orda saxlamışdım?
Sarxan | 11 Yanvar 2024 02:48
BNA daha cərimə yazmır. DYP yazır. Müraciət edin araşdırsınlar.
Avtosfer.az | 13 Yanvar 2024 17:05
Salam. Nuvaya bele qara fenderleri qoymaq olarmı, yoxsa bu konstruksiya dəyişikliyi kimi sayılır?
Sarxan | 11 Yanvar 2024 02:44
Salam. Fender nədir?
Avtosfer.az | 13 Yanvar 2024 17:03
Salam, sualimin ikinci terefi,
Men qaydanı pozmusamasa kapotun usdune misqa qoyub misqanin ayaqi bilmeyerekden sürüşüb nömrenin usdunu baglayibsa bunun cermesi 800 manat dir qanunla 342.9 madesidi? Inspektor cerme meydançasına getmeli olduğumuzu bildirir. Avtomobil de yeni doğulmuş uşaq olduğu üçün buraxir elaqe nömresi götürür (protokol tertib etmir). Iki günden sonra rayon üzre Dyp devet edib.
Misqanin ayaqi nömrenin usde düşmüş veziyede şexsi telefonu ile şeklin cekib iki günden sonra 800 manat cerime yaza biler? Bu ne derecede doğrudur
Mail | 10 Yanvar 2024 23:58
Salam. Əslində protokol dərhal tərtib olunmalı idi.
Avtosfer.az | 13 Yanvar 2024 17:01
salam,neqliyyat bastiseni qeydiyeti kecen zaman mene deyir arxa shusheler zavadskoy qaradi,deyir 1000 azn pul ver bu ne geder duzdi?
tamerlan | 10 Yanvar 2024 18:42
Salam. Düzgün deyil. Şikayət etmək hüququnuz var.
Avtosfer.az | 10 Yanvar 2024 23:40
Salam, şəkildəki avtomobilə cərimə yazıla bilər?
Abuzər | 10 Yanvar 2024 16:19
Salam. Normativ tələblər pozulubsa yazıla bilər.
Avtosfer.az | 10 Yanvar 2024 23:39
Salam BMW 328i 2016 avotmobilin oz zavod sesbogucu qazani evezine 335 ve ya 340i ve ya M3 sesbogucu qazani qurashdirmag qanun pozuntusuzudur?. (Sesbogucu qazan katalizatordan sonra birleshdirilir , yeni kohne qazan evezine sadece bashqa qazan qurashdilir. original zavod istehsali)
Orxan | 10 Yanvar 2024 15:14
Salam. Yalnız öz qazanı quraşdırıla bilər.
Avtosfer.az | 10 Yanvar 2024 23:39
Salam. Sual vermek isteyirem ki ypx maşini ozu hereketde olarken suret heddin ceke biler? Ve birde elave etdiyim sekillerde mene yazilan cerimede ve subut kimi gonderilen video ve sekillerde menim masinim aydin duşmeyib qara fonda yalniz nomre bu cerimeni şikayet ede bilerem?
Kanan Bayramov | 10 Yanvar 2024 13:50
Salam. Bəli, hərəkətdə olarkən çəkə bilər. Nömrə düşürsə kifayət edir.
Avtosfer.az | 10 Yanvar 2024 23:39
Mersedes w202 240 R17 diske icaze varmi?
Elmir | 10 Yanvar 2024 11:19
Siz onu avtomobilin kitabçasından və ya internet üzərindən axtarın.
Avtosfer.az | 10 Yanvar 2024 23:38
Salam.Səsboğucuya aid olan normativ tələbləri hardan əldə edə bilərəm ki ypx məni saxlayanda izah edə bilim ki səsboğucu haqqında normativ yalnız səs desibeli və dəm qazın ixrac etməkdən ibarətdir
Mirəli | 10 Yanvar 2024 01:44
Salam. Normativlər elə bundan ibarətdir. Qanunda siz dediyiniz formada cümlə yazılmayıb axı.
Avtosfer.az | 10 Yanvar 2024 23:35