Reklam
SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam . avtamabilin ban rengi barede qanunda ne yazildiqni diyerduz zehmet olmasa
Rüstəm | 12 Dekabr 2023 19:55
Salam. Sualınız aydın olmadı. Ban rəngi ilə bağlı heç bir şey yazılmayıb.
Avtosfer.az | 19 Dekabr 2023 15:55
Salam meni yol patrul xidmeti masinimi duracaqa temin eledi.Yaylara gore dedi qizdirmisan ama fakt qizdirmamisam olu yaylardi mende cerime yazmadi duracaqa qoydu zehmet olmasa bu barede melumat verin.
Əvəz | 12 Dekabr 2023 15:00
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 19 Dekabr 2023 15:55
Salam svetaforda sarida keçende cerme var ya yox
Elşad | 12 Dekabr 2023 11:33
Salam. 3 bal 80 manat cəriməsi var.
Avtosfer.az | 19 Dekabr 2023 15:53
Salam masin dostumun masinidi menimde suruculuk vesiqem yoxdu ne qeder cerimesi var zehmet olmasa deyerdizde
Ekber | 12 Dekabr 2023 10:55
100 manat sizə, 60 manat da dostunuza yazılmalıdır.
Avtosfer.az | 19 Dekabr 2023 15:53
Cip markali polis masininda radar var mi?
Ekber | 12 Dekabr 2023 10:50
Onu bilmirik. Yol polisində Jeep markalı maşın yoxdur.
Avtosfer.az | 19 Dekabr 2023 15:52
Lada 2106 markalı minik avtomobilinə 215 ölçülü təkər qoymağın cəriməsi var?
Cəsarət | 12 Dekabr 2023 00:40
Lada zavodu icazə vermirsə olmaz. Kitabçaya baxın görün hansı ölçülərə icazə verir?
Avtosfer.az | 19 Dekabr 2023 15:52
Sadece Arxa Patperse Qarmoşka perde icaze Var? Yanlara yox
Tebriz | 11 Dekabr 2023 22:54
Xeyr, yoxdur.
Avtosfer.az | 19 Dekabr 2023 15:51
Salam.Vaz aftomabilinde arxa remen yoxdursa neqeder cerimesi var ve masin duracaga qoyulurmu?
Amiq | 11 Dekabr 2023 22:21
Salam. Nasazlıq hesab olunur. Onu aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var. Duracağa yerləşdirilə bilməz.
Avtosfer.az | 19 Dekabr 2023 15:50
Salam men Azerbaycan vetendaşıyam ve maşınımı özümle beraber bir il yarımdırki Türkiyeye getirmişem ve burda sürürem. İndi maşını satmaq isteyirem Türkiyede yaşayan Azerbaycanlı xanıma. Alqı satqı işini serhedde etmeliyik yoxsa Türkiyedeki her hansı notariusda ede bilerik? Diger sualım ise men Bakı qeydiyyatındayam ancaq Naxçıvandan maşın almaq isteyirem. Mümkündür mü?
Gülsüm Mecidova | 11 Dekabr 2023 14:10
Salam. Onu Türkiyədən maraqlanın. Onların qanununu bilmirik. Naxçıvandan ala bilərsiniz maşını, amma Bakıda qeydiyyata qoymalısınız.
Avtosfer.az | 19 Dekabr 2023 15:49
Mənim maşınım Hyuday sanato 2008di dumanlisia lupali led qoymaq sözdə onun cəriməsi yoxdu
KENAN | 11 Dekabr 2023 13:41
Normativ tələbi pozursa olmaz.
Avtosfer.az | 19 Dekabr 2023 15:47
Yuksek surete gore yol polisi mene cerime yaza bilermi?
Elmeddin | 10 Dekabr 2023 20:56
Radar qeydə almalıdır. Əgər digər bir avtomobillə yarış keçirirsinizsə avtoxuliqan kimi məsuliyyətə cəlb edə bilər.
Avtosfer.az | 19 Dekabr 2023 15:45
Salam, fiat 500 wrangler duman faraları qoymağa icazə var ?
Nicat | 10 Dekabr 2023 20:35
Salam. Xeyr.
Avtosfer.az | 19 Dekabr 2023 15:44
Salam.Texniki baxışın vaxtı bitib.Bu gün kameraya düşmüşem cerime gelib.Sabah yeniden eyni yolda tekrar cerime gele bilermi ?
Ramin | 10 Dekabr 2023 20:21
Salam. 20 ügündən sonra təkrar cərimə yazıla bilər.
Avtosfer.az | 19 Dekabr 2023 15:43
Salam mator nomuresine gore masin duracaga qoyula biler? Ve cermesi neqeder olur?
Mehemmed | 10 Dekabr 2023 18:21
Salam. Qeydiyyat şəhadətnaməsindəki məlumatlar uyğun gəlmədikdə duracağa qoyula bilər. 50 manat cəriməsi var.
Avtosfer.az | 19 Dekabr 2023 15:43
Salam lada priora ucun nezerde tutulmus sport purjunun serifkat ile 4 tekere qurasdirmaqin cerimesi var? Yoxsa onun ucun texpasportda sporta yigilib melumati olmalidir?
Abaset zerbaliyev | 10 Dekabr 2023 17:11
Salam. 150 manat cəriməsi var. Qeydiyyat şəhadətnaməsinə belə dəyişikliklər yazılmır.
Avtosfer.az | 19 Dekabr 2023 15:42
Priora masina sport ptujin goymaq istiyitem icaze varmi 4 tekerin 4 nede
Vaqif | 10 Dekabr 2023 15:40
Xeyr, olmaz.
Avtosfer.az | 19 Dekabr 2023 15:35
Vaz2107 markalı maşına led taxıb öz telefonumla video çekib sosial şebekede payıaşdığıma göre cerme oluna bileremmi? Qeyd edim ki, yol polisi ledleri xususi kamerlar vasitrsi ile sübut gösdermir.
Məhəmməd | 10 Dekabr 2023 07:12
Söhbət hansı leddən gedir?
Avtosfer.az | 19 Dekabr 2023 15:34
Salam miqalkanin cerimesi ne gederdir?
Ibrahim | 9 Dekabr 2023 22:33
Salam. 500 manatdan 800 manatadək cəriməsi var.
Avtosfer.az | 19 Dekabr 2023 15:32
Salam.Men moto almaq isteyirem kubu 50 hazirda nomre teleb olunan moto.Eger ada kecirtmek istesem ne qeder rusum ve hara odenis etmeliyem?Tesekkurler.
Eli | 9 Dekabr 2023 20:41
Salam. DYP-də bank var, ora ödəyəcəksiniz. 15 manat texniki müayinə, 30 manat qeydiyyat şəhadətnaməsi, 15 manat da nömrə.
Avtosfer.az | 19 Dekabr 2023 15:29
Salam Hundai sonata 2009 modeline sport yaylar qoya bileremmi? Sertifikati var yaylarin sirf hundai sonata ucun istehsal olunub
Şahbaz | 9 Dekabr 2023 12:50
Salam. Xeyr, olmaz.
Avtosfer.az | 19 Dekabr 2023 15:17
Salam.Vaz 2107 sururem 2004cu il arxa yaylar oz keyfiyyetini itirib sixildigina gore arxasi awagi gorunur. Sualim budurki yol polisi onu yoxlamamiw mene cerime tetbiq ede biler ?
Qismet | 9 Dekabr 2023 09:28
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 19 Dekabr 2023 15:16
Nömrenin işığının biri yanmırsa
Vusal | 9 Dekabr 2023 07:20
Nasazlıq aradan qaldırıla bilmədikdə 50 manat cəriməsi var.
Avtosfer.az | 19 Dekabr 2023 14:46
99vv570 kimin adna olmagn g maile gonererdiz zehmet olmasa
Eltun | 9 Dekabr 2023 00:36
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 19 Dekabr 2023 14:46
Salam.mercedes w124 de arxa purjinleri yaylari.nece kuruq olmalidir qanunan
Celal | 9 Dekabr 2023 00:29
Salam. Onun sayını biz bilmrik. Qanunda say yazılmır. Gedib mağazadan yenisini götürüb saya bilərsiniz.
Avtosfer.az | 19 Dekabr 2023 14:45
Sükanı dəyişib digər avtomobil sükanı qoymaq olar?
Asif | 8 Dekabr 2023 22:48
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 19 Dekabr 2023 14:44
Salam El arasında Desək Vaz 2107 Ön Və arxa Neçə barmağ olmalıdı? Və İşiğlar Rəngli işiğ qoymağ olarmı? Təkərlər r13 yocda r14 disk təkər qoyulsa cərimə varmıdır? Suallara cavab verdiyiniz Üçün təşəkkürlər
İkram | 8 Dekabr 2023 00:48
Salam. Dediklərinizin heç birinə icazə yoxdur. Asqı sistemi isə barmaqla ölçülmür.
Avtosfer.az | 19 Dekabr 2023 14:43
Kurcitele ses artirici qurasdimanin cerimesi var ?varsa ne qederdi
Aqil | 7 Dekabr 2023 22:27
500 manat cəriməsi var.
Avtosfer.az | 19 Dekabr 2023 14:42
H4 limon lampa cəriməsi varmi
Rəhman | 7 Dekabr 2023 21:48
Normativ tələbi pozursa olmaz.
Avtosfer.az | 19 Dekabr 2023 14:39
Mene 10AH138 nomreli masının sahibinin tel nomresi lazımdı zehmet olasa komeklik ederdiz
Rais | 7 Dekabr 2023 16:28
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 19 Dekabr 2023 14:40
Hər vaxtınız xeyir, etibarnamə əsasında idarə etdiyim nəqliyyat vasitənin səs boğucu sistemindən katalizator yığışdırılıb, buna görə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilərmi? Öncədən təşəkkür edirəm.
Toğrul | 7 Dekabr 2023 02:56
Xeyr. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 19 Dekabr 2023 14:27