SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.yuk avtomobilinin ada kecmesi,texpasportda lift sözünün yazılmasi,texpasportda kuzanın furqon sözünden bortlu tenli sözüne kecirilmesini dövlet rüsumu ne qederdi?
Yaşar | 23 Yanvar 2025 23:45
Salam. Addan ada keçməsinə görə təxmini 90 manat rüsum olacaq. Lift dedikdə nəyi nəzərdə tutursunuz?
Avtosfer.az | 27 Yanvar 2025 19:22
Bu masin haqqinda
Nihad | 23 Yanvar 2025 18:53
Bizdə heç bir məlumat yoxdur.
Avtosfer.az | 27 Yanvar 2025 19:20
Sürme Davernusunun Maksimum müddeti neqederdir?
Amid Hesenli | 23 Yanvar 2025 18:23
Sürücülük vəsiqəsinin bitmə tarixinə qədər.
Avtosfer.az | 27 Yanvar 2025 19:20
Salam , sport yaylara göre 342.2.2 ilə cərime yazilib amma Qərarsız yazılb bu halda avtomobili diracaga yerləşdiriblət bu qanunidi?
Orxan | 23 Yanvar 2025 09:54
Salam. Bəli, qanunidir.
Avtosfer.az | 27 Yanvar 2025 19:19
Salam. Mənə 20 yanvar dairəsində işıqforun qırmızı işığında keçdiyim iddia olunaraq dyp əməkdaşı cərimə yazıb. BDYP-yə yaxınlaşdım görüntü təqdim etmələrini tələb etdim. Görüntü təqdim etdilər, lakin görüntüdə avtomobilimin markası və dövlət qeydiyyat nişanı görsənmir. Vermişəm məhkəməyə. Bu halda protokola xitam verilməlidirmi?
Fuad Baxşəliyev | 23 Yanvar 2025 02:23
Salam. Kamerada sizin maşının markasının və nömrəsinin görünməyinə ehtiyac yoxdur. Həmin saat və dəqiqə ilə uyğun gəlirsə deməli hər şey qaydasındadır. Marka, model və nömrənin görünməyi elektron qərarlara aiddir.
Avtosfer.az | 27 Yanvar 2025 19:15
Maşının arxa qazanını marka sport qazanla əvəz etmək olarmı? Bu qanunsuzdur?
Amirxan | 23 Yanvar 2025 01:45
Olmaz. Zavod nəyi nəzərdə tutubsa onu quraşdırmaq lazımdır.
Avtosfer.az | 27 Yanvar 2025 19:13
Salam Momo rulun cerimesi var ?
Məhəmməd | 21 Yanvar 2025 22:28
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Yanvar 2025 19:07
Salam.Maşın sahibi oğluna sürmək üçün etibarnamə verib.Lakin ata rəhmətə gedib ,oğul hələdə etibarnamə ilə idarə edir.Ata dünyasını dəyişdiyinə görə ,oğlu maşını adına keçirmək üçün nə etməlidir?Hara müraciət olunmalıdır?
Arif | 21 Yanvar 2025 16:17
Salam. Ata rəhmətə getdiyi üçün etibarnamə avtomatik qüvvədən düşmüş hesab olunur. Avtomobili ada keçirmək üçün notarial qaydada vərəsə müəyyən olunmalıdır, sonra maşın vərəsənin adına keçirilməlidir. Bunun üçün notariusa müraciət edin.
Avtosfer.az | 21 Yanvar 2025 19:16
Salam avtomobilin sukaninin deyişdirilmesine göre cerime varmi? Varsa ne qeder cermesi var?
Revan | 20 Yanvar 2025 18:01
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 21 Yanvar 2025 19:13
Salam mən də lada nivanın urban buferləri var bunun texpasportda qeyd olunmamasına görə cərimə var ?
Əli | 20 Yanvar 2025 10:47
Salam. Qanunla belə şeylər qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 21 Yanvar 2025 19:11
Pnevmanı hansi avtomobillərə quraşdırmaq qanunidir zavod hansıları dəstəkləyir bu haqda cədvəl var ki flan flan maşınlara olar
Nariman | 20 Yanvar 2025 04:19
Heç bir maşına olmaz.
Avtosfer.az | 21 Yanvar 2025 19:10
Salam maşının müherrikini eyni zavodskoy basqa muherrikle deyişmişem bunu texpasportun deyişilmesi rüsumu neçe manatdır?
Nazir | 19 Yanvar 2025 23:44
Salam. 60 manat 80 qəpik rüsumu var.
Avtosfer.az | 21 Yanvar 2025 19:10
Piyada kecidi uzerinde saxlayıb.Mane olur piyadaya işıqlandırmaq olar terefinizden ? Belke başa düşer
Fərhad | 19 Yanvar 2025 19:08
Piyada keçidi görünmür burada. Əgər görünsəydi paylaşa bilərdik. Belə olanda videoya çəkin, 070 335 15 59 nömrəsinin votsapına göndərin paylaşaq.
Avtosfer.az | 21 Yanvar 2025 19:09
Arxasini yendirib senede vurdurmaq olar ?
Agakerim | 19 Yanvar 2025 01:37
Xeyr.
Avtosfer.az | 21 Yanvar 2025 19:07
Salam vaz 2107ye sukani qidravlikdirse ona lider dissk qoya bileremmi
Ferdi | 18 Yanvar 2025 14:39
Salam. Tövsiyə olunan ölçüdən böyük ölçü quraşdırmaq olmaz.
Avtosfer.az | 21 Yanvar 2025 19:07
Salam Bakı Şamaxı şosesində kameraya düşmüsəmsə tək xətti tapladığım üçün və bu sms radara gelmeyibse stosionar postda qai saxlatdırıb cerimeni sisteme otuzdura bilər?
Asim | 18 Yanvar 2025 00:06
Salam. Bəli, sistemə vura bilər.
Avtosfer.az | 21 Yanvar 2025 19:05
Salam w202 çeşkaya 17 lik disk təkərə cərimə var?
İsmayıl | 17 Yanvar 2025 23:55
Salam. Əgər zavod icazə vermirsə olmaz, cəriməsi var.
Avtosfer.az | 21 Yanvar 2025 19:03
Nivada olan urban buferinin texniki pasportda qeyd olunmamasına görə cərimə var və nə qədərdir?
Əli | 17 Yanvar 2025 20:38
Ümumiyyətlə belə şeylə qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 21 Yanvar 2025 19:02
Salam mende avtomobilde Mustang amerikadan kapotu shelby kapot olarag gelib YPX emekdaşı bildirir ki shelby kapot olduguna göre senedde qeyd olunmalıdır shelby eks halda maşın duracaga getmelidir bu ne derece dogrudur?Qanunla kapot sade mustang yox shelby mustangın kapotudursa her hansısa qanun pozuntusu sayılır?
Kerim | 16 Yanvar 2025 12:20
Salam. Belə şey yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 16 Yanvar 2025 19:24
Sovet nivasını arxa baqajını kesib dubayski niva elemeyin rüsumu ne qederdir ?
Nurlan | 16 Yanvar 2025 04:03
DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 16 Yanvar 2025 19:23
Salam size efirə göndərmişdim bu şəkili Hunday Sonata 298 dinləyə bilmedim yada həmin gün verilmedi meni Sumqayıt seherinde maşınların hərəkət istiqamətində saxladığıma göre 80manat 2bal orda maşınların parkınq yeri mövcuddur menim maşınımı çəkdikləri yerlə oranın mesafesi 30sm orda maşınların necə hərəkət istiqaməti ola bilər? Bir tərəfdəende sagimi solumu hərəkətimi mehdudlasdiriblar masinlar çıxa bilmirəm zəhmət olmasa məlumat verersiz minnətdaram!
Cahid Elizade | 15 Yanvar 2025 15:48
Siz orada sərnişin düşürmüsünüz?
Avtosfer.az | 16 Yanvar 2025 19:22
Vaz 2107 fialetni patpires qoymaq olur cermesi yoxdu ?
Tevo | 15 Yanvar 2025 15:04
Əgər şəffaflıq dərəcəsi pozulmursa quraşdırmaq olar.
Avtosfer.az | 16 Yanvar 2025 19:20
Salam . Masina pnevmatik asqi sistemi qoyulanda(pnevma) onu tex passporta qeyd etmek lazimdi?
Namik | 15 Yanvar 2025 00:31
Salam. Pnevmaya icazə yoxdur və belə şeylər qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 16 Yanvar 2025 19:19
Salam 13.01.2025 tarixində saat 08 45 qayda pozuntusu etmişəm protokol mənə 14.01.2025 tarixində saat 20 28 yazılıb protokol silinməlidir?
Orxan | 14 Yanvar 2025 21:14
Salam. 1 gün ərzində yerləşdirilməyibsə silinməlidir.
Avtosfer.az | 16 Yanvar 2025 19:17
Avtomobili hansı hallarda cərimə meydançasına yerləşdirilir mənim avtomobilimi yol polis işçisi əlimdən alıb zorla duracağa yerləşdirməyə özümdə yumruq atıb xəsarət cəhd etməyə icazə varmı heç bir tətil təslim aktı olmadan yazılmadan şəxsi əşyalarımı pul və usta ləvazimatlarını götürməyə qoymadan açarı əlimdən alıblar verməyiblər bunun cəzası vəya hər hansı yolla getməliyəm nə etməliyəm
Əlisafa | 14 Yanvar 2025 06:49
DİN-ə rəsmi qaydada müraciət edə bilərsiniz.
Avtosfer.az | 16 Yanvar 2025 19:14
Qarşımdakı maşın sola küçəyə dönmə işığını yandırıb mənsə bu maşının sağ tərəfində hərəkət etmək istəyərkən anidən piyadaya toxunmuşamsa heç bir xesaret yoxdursa qanunla onu xəstə xanayada aparmışam xesaret yoxdur onuda qeyd edim ki orda heç bir piyada keçidi qoyulmayıb və yoxdur mənim cəriməni nə qədərdir.
Əlisafa | 14 Yanvar 2025 06:40
Əgər xəsarət yoxdursa maksimum 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 16 Yanvar 2025 19:07
Maşinin müherrikinde nömrə yoxdur. Silinməyib,heç olmayib. Senedde nece yazilmalıdır?
Ramik | 13 Yanvar 2025 19:57
Nömrəsiz yazlmalı idi.
Avtosfer.az | 16 Yanvar 2025 19:06
Yeni aldığım Maşında səs boğucu varsa. Mən də bundan xəbərsizsəm. Ypx saxlayıb duracağa aparırsan. Cəriəmis 150 di yoxsa 500?
Heydər | 13 Yanvar 2025 15:29
Əgər mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıbsa beş yüz manat məbləğində cərimə edilir.
Avtosfer.az | 16 Yanvar 2025 19:05
Salam,Zəhmət olmasa şəkilə diqqət edərdiniz.Burada dayanan mercedes markalı avtomobil hərəkət zolağının 2ci cərgəsində sayılır? Buna görə cərimə qanunidir?
Cavid | 13 Yanvar 2025 11:15
Salam. Foto gəlməyib.
Avtosfer.az | 16 Yanvar 2025 19:04
Salam İstiqlaliyyet kuchesi ile uzu qosha qala qapisina teref hereket ederken svataforun yaninda yerdeki duzune isharedini rehber tutaraq hereketi davam rtdirdim. DYP emekdahlari meni 3 bal 100 azn cerime etdi. Men bunun qanunsuz olduqunu desem de faydasi olmadi. Bildiyim qeder eger yerde olan ishare ile yuxarida olan ishare ferqlidirse surucu onlarin birin rehber tutsa cerime oluna bilmez. Xahish edirem cavablandirardiniz
Perviz | 12 Yanvar 2025 17:10
Salam. Bəli, ikisindən birini rəhbər tutmaq olar. Həmin ərazidən video çəkib 070 335 15 59 nömrəsinə göndərin baxaq.
Avtosfer.az | 16 Yanvar 2025 19:03