Salam,
Mənə cerime gelib isiqforun qadagan edici isiginda kecdiyim uzun.Sadece goruntu yoxdur cerimede ve men mesele ile bagli sikayet etmisem.Mene goruntunu gostermek ucun seher qayisina yaxinlasmali oldugumu ve goruntunu yalniz orda gostere bileceklerini bildirirler.Bu ne derecede qanunidir,eger cerime varsa onun goruntusu elave olunmali deyilki bilim,daha harasa yaxınlaşmayım.
Təşəkkürlər.
Seyid | 9 Oktyabr 2024 10:04
Salam. Yaxınlaşın göstərsinlər.
Avtosfer.az | 31 Oktyabr 2024 15:51
Salam cermie balını göndərmək olur?
Misalçün: Qırmızı işıqda keçmişem cerime dostuma gedib onu ele elemek olar ki men adıma gelsin
Safa Mirzəzadə | 8 Oktyabr 2024 16:21
Salam. Xeyr.
Avtosfer.az | 31 Oktyabr 2024 15:50
Masn pravasi olmayan 1nin adinadi texpasportnan hemin adam olmadan masin basga birinin adina kece ve ya satila biler ?
Taceddin | 8 Oktyabr 2024 16:17
Kİməsə baş etibarnamə veribsə mülkiyyətçinin iştirakı olmadan keçirə bilərlər.
Avtosfer.az | 31 Oktyabr 2024 15:49
Salam,
Damas ,Foton tipində xırda yük avtomobillərinin arxa hissəsinin üzərində(arxa podpress və bagaj qapısında) n/v dövlət qeydiyyat nişannın əl ilə yazılması qanunla tələb olunur mu?olunursa zəhmət olmasa hansı maddə ilə tənzimlənir bu qərar məlumat verə bilərdiz mi?
Ozel | 8 Oktyabr 2024 16:11
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/hansi-masinlarin-arxasinda-tekrar-nomre-yazilmalidir-qanun-bele-deyi%CC%87r-vi%CC%87deo-219367
Avtosfer.az | 31 Oktyabr 2024 15:48
Salam menim avtomobilim kia sportage 77EN757 nömre nisanli.amma mene yazilan cerime Toyota markali 77FN757 nomre nisanli avtomobile aiddir.50 azn 2 bal cerime yazilib mene .cerimeden sikayet etmisem amma iki gundur cerime silinmeyib.basqa hara muraciet etmeliyem.cox sagolun
Aqşin | 8 Oktyabr 2024 12:52
Salam. Hələ qalır bu cərimə?
Avtosfer.az | 31 Oktyabr 2024 15:46
Menim masinimda 17 di gosderir tekerin olcusunu men ona 19 qoysam menim masinimi duracaga qoya bilerler?
Kamran | 8 Oktyabr 2024 00:45
Bəli, qoya bilərlər.
Avtosfer.az | 31 Oktyabr 2024 15:43
BMW 772 maşın kimə aiddir
Vüsalə | 7 Oktyabr 2024 21:45
Bizdə bu haqda məlumat yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:41
Avtomabil sükanın deyişmeyin cermesi var?
Müzəffər | 7 Oktyabr 2024 19:22
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 31 Oktyabr 2024 15:41
Hal hazirda adimda olan masini 5 il once satmisam ve sgorta texniki baxisin vaxti bitib ha bele 160 manat cerimesi var odemir ve ona gore men nece masina ares qoya bilerem
Namiq | 7 Oktyabr 2024 13:00
DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 31 Oktyabr 2024 15:39
Salam. "A" kateqoriyam yoxdu ve motosikletimin senedleri yoxdu.meni hansi ceza gozduye biler?
Rustem | 7 Oktyabr 2024 01:42
Salam. 100 manar cərimə yazılacaq. Motosiklet isə duracağa yerləşdiriləcək.
Avtosfer.az | 31 Oktyabr 2024 15:38
Salam, zəhmət olmasa deyərdiz 10-SP-395 nömrəli nəqliyyat vasitəsi kimin adınadır ?
Əlisa | 6 Oktyabr 2024 21:18
Salam. Bu haqda bizdə məlumat yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:34
Salam menim avtomobilim Chevrolet Malibu 2017 ci il bu sekildeki ses bogucu basligin birin sesbogucunun ozune digerini kuzaya bezek kimi qaynaq eletdire bileremmi ?.Yeni kansturuksiya deyisikliyi sayilmayacaqki ?.
Isa | 6 Oktyabr 2024 19:52
Salam. Xeyr, qayda pozuntusu deyil.
Avtosfer.az | 31 Oktyabr 2024 15:33
Kameralardan görüntünü necə əldə etmək olar. Əgər qəza baş veribsə.
Rəşad | 5 Oktyabr 2024 23:46
Yalnız DYP-dən.
Avtosfer.az | 31 Oktyabr 2024 15:33
Salam polis məni məhkəməyə vermişdir ki içilisən.Şahidlər apardim polsin kameralarna baxdiq məhkəmədə 3 məhkmədə polis şahid gətrdi məhkəmiyə ki bu adam orda olub sən maşinan düşüb qaçmisan.Polsində kəkdiyi vidoda ogətirən şahid yoxdur.Və məhkəmə zalinda biz gətirən şahidlər.olar gətrən şahidin əlinə yazib əlinən oxduğunu görüb hakimə bildirdilər.ki bu saxda şahitdir.Polisə sorğu göndərdi hakim araşdirilsin şahit.məhkmənində vaxtini uzatdilar.Bu işin axiri necə olar.
Turan | 5 Oktyabr 2024 20:30
Salam. İşin sonu ilə ağlı biz heç bir şey deyə bilmərik. Biz məhkəmə deyilik.
Avtosfer.az | 31 Oktyabr 2024 15:32
Fifa nin cerimesi
Ayxan | 5 Oktyabr 2024 14:04
500 manatdan 800 manatadək.
Avtosfer.az | 31 Oktyabr 2024 15:31
Salam dünən ayraport yolunda yüngülvari qəza oldu hər iki tərəf bildirdi ki günahkar mən deyiləm axırı biri razı oldu dedi ki mən düzəltdirem mawini sugorta flan gəlməsin indi həmin adam o mawini düzəltdirmek istəmir onu hansısa qanunda bir cəza gözləyə bilər yoxsa yox qarşı tərəf onu polisə versə?
Nurlan | 5 Oktyabr 2024 11:52
Salam. Polisə verin, sığortası düzəltdirəcək.
Avtosfer.az | 31 Oktyabr 2024 15:30
Salam sürücülük vesiqemin mehdudiyetde olub olmadığın bilmek isdeyirem AE051638
Rəfael | 5 Oktyabr 2024 09:40
Salam. Bu linkə daxil olaraq baxa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:29
Salam menim masinim vaz2107 start stop etmisem salonumda deysiklik cerimesi varmi dyp emekdasi meni saxlatdi dediki 150 manat cerimedir duracaga getmelidir duzdurmu bu
Aqil | 5 Oktyabr 2024 09:30
Salam. Xeyr, heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:28
99TG753 qeydiyyat nömrəli avtomobilin texniki baxış müddəti ne zaman bitir?
Çingiz | 4 Oktyabr 2024 21:31
012 590 71 13 nömrəsinə zəng edərək soruşa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:26
Maşının şüşüələrinə a4 kağızında satılır yazıb yapışdırmağ cərimədirmi ?
Elar | 4 Oktyabr 2024 20:09
Bəli, cərimədir.
Avtosfer.az | 31 Oktyabr 2024 15:22
Salam , bmw 528 i zavod qazana ses yigilib , 65. Desibeli kecmir buna cerme dusur ?
Resad | 4 Oktyabr 2024 00:19
Salam. Əgər normativ tələblər pozulursa cəriməsi olacaq. Yox, pozulmursa olmayacaq.
Avtosfer.az | 31 Oktyabr 2024 15:20
Masinin on ban susəsindəki gunluk xatdinin yəni ki, mavi zolagin 15 smdən cox olmasi halinda cərimə tətbiq oluna bilərmi?
Mail | 3 Oktyabr 2024 19:01
Bəli, cərimə yazıla bilər.
Avtosfer.az | 31 Oktyabr 2024 15:14
Salam. Vaz 2107 marka üçün 15 diskə və ona artırıcı yəni ( speyser ) quraşdırmaga icazə var ? 15 disk qoyulanda çünkü dəyir alt caşqaya döndərəndə məcbur artırıcı qoyulmalıdır.
Aga | 3 Oktyabr 2024 16:46
Salam. İcazə yoxdur.
Avtosfer.az | 31 Oktyabr 2024 15:14
Salam, mənim 2sualım var. bilmək istəyirdimki maşına spoyler quraşdırmaq qadağandır mı? məndə spoyler var dəmirdəndi, hündürlüyü 20sm-dir. Sadəcə rayonda sürürəm deyə heçnə demirlər, sadəcə bilmək istəyirəm ki qadağandır yoxsa spoylerə baxır? 2ci sualım da odurki maşının altına vurulan işıqlar qadağandır? zəhmət olmasa cavablandırarsız. Öncədən təşəkkürlər...
Orxan | 3 Oktyabr 2024 14:48
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
1) https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
2) https://avtosfer.az/az/oyrenek/masinin-altina-bu-isiqlardan-qurasdirmaq-olar-qanun-bele-deyi%CC%87r-vi%CC%87deo-221038
Avtosfer.az | 31 Oktyabr 2024 15:13
Salam .Arxa stopların qaraldımasına görə cərimə varmı?
Cəlal nəsirli | 3 Oktyabr 2024 13:09
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/faraya-bu-plyonkadan-vurmaga-qanun-icaze-verir-vi%CC%87deo-221307
Avtosfer.az | 31 Oktyabr 2024 15:11
Salam menim masnimin davernus vaxti bitir men masnin texpaspordaki yesnin elaqe nomresni axdariram zehmet olmasa komhelik ede bilerszmi?
Tuqay | 2 Oktyabr 2024 23:28
Salam. Bunu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:10
Bortlu yazılıb üstünə tent çəkmək olar
Mirelem | 2 Oktyabr 2024 22:58
Sizdə necədir? Maşının şəklini göndərə bilərsiniz?
Avtosfer.az | 31 Oktyabr 2024 15:09
Salam. Mən maşınımı satmışam və ayrı maşın almışam. Satdığım maşının nömrəsini satmamışam və o yol polisindədir və artıq 2 ildir ki nömrə polisdədir. O nömrənin saxlanılması üçün nə qədər məbləğ istiyəcəklər. Nömrəni çıxardıb yeni maşına qoymaq üçün nə qədər ödəniş edəcəm? Öncədən təşəkkür edirəm
Şükür İsmayılov | 2 Oktyabr 2024 19:39
Salam. Nömrənin bron edilməsi qanunla nəzərdə tutulmadığı üçün, sizin sualın qanuni cavabı yoxdur. İndiki halda bu nömrə sizə verilə bilməz.
Avtosfer.az | 31 Oktyabr 2024 15:08
Salam. Kia optima 2,7 mator ili 2009. Adima kecirmek xerci ne qeder olacaq qanunlu ve qanunsuz qiymeti)))
Ulviyye | 2 Oktyabr 2024 13:03
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 31 Oktyabr 2024 15:07
Salam rolun alt hisesi kavdrat olmağının her hansı bir cermesi var
Aydın | 2 Oktyabr 2024 12:01
Salam. Xeyr.
Avtosfer.az | 31 Oktyabr 2024 15:06





