Masinin sahibinin elaqe nomursini axtariram
Elnur | 22 May 2026 14:14
Belə məlumatlar yalnız DYP-də olur.
Avtosfer.az | 31 May 2026 10:19
Salam. MÜHƏRRİKİN GÜCÜ 5.200 İLİ 1995 OLAN AVTOMOBİLİN ADDAN ADA KEÇİRMƏK RÜSUMU NƏ QƏDƏRDİR
Səbinə | 21 May 2026 15:55
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 31 May 2026 10:19
Avtomobilin rəkətində hava girişinin qapağını fosforun (gecə parıldayan) qapaqcıqla əvəzləmək cərimə məsuliyyəti yaradırmı?
Zeynal | 21 May 2026 12:33
Avtomobilin həmin hissəsində hər hansısa bir işığın yanması konstruksiyada nəzərdə tutulmayıb. Ona görə problem yaşaya bilərsiniz.
Avtosfer.az | 31 May 2026 10:17
Salam mənim prioraya sertifikatli cailover qurasdirib Avtomobilin tam kütləsi və ağırlıg mərkəzi oxlar üzra bərabər paylanılıb, bu qanun pozuntusu sayilir?
Elcin | 21 May 2026 11:08
Salam. Olmaz, qadağandır.
Avtosfer.az | 31 May 2026 10:16
Salam . Avtomobilimə korportiv reklam vurulur . Qabaq iki qapıya . Ancaq bu reklam vurulduqdan sonra maşının şəkli çəkilir . Sonra 2 gün ərzində reklamın sənədlərinin hazır olacağı deyilir . Bu iki gün ərzində isə maşını sürməməyim deyilir . Bu həqiqətən belədirmi ? Mən niyə 2 gün maşınsız qalıram . Vəya başqa daha məntiqə uyğun bir yol varmı ?
Elnur | 18 May 2026 08:55
Salam. Reklamın sənədi hazır olmadan sürüsünüzsə cərimə olunacaqsınız. Ona görə deyilir ki, sürməyin.
Avtosfer.az | 19 May 2026 23:49
Salam.motonu nomresiz surmek. Birde ses bogucu ile cerimesi ne qederdi semedler var suruculuk vesiqesi var
Hatem | 16 May 2026 22:16
Salam. Nömrəni çıxarıb sürməyin cəriməsi 4 bal 100 manat.
Səsboğucu dedikdə nəyi nəzərdə tutursunuz? Səsi gücləndirmisiniz? Əgər səs desibeli normadan artıqdırsa, 500 manat cəriməsi var.
Avtosfer.az | 19 May 2026 23:48
Salam
Vaz 2107 üçün qabaq asqının (peredok) ölçüləri necə olmalıdır standartlara uyğun hündürlüyü zəhmət olmasa məlumat verərdiniz
Səbuhi | 16 May 2026 10:56
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/avtomobillerin-peredoku-nece-barmaq-olmalidir-i%CC%87zah-230288
Avtosfer.az | 19 May 2026 23:44
Salam
Eyub | 16 May 2026 10:49
Salam.
Avtosfer.az | 19 May 2026 23:43
10BE002 bun sahibin nomresi
Hesimli | 16 May 2026 01:39
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 19 May 2026 23:42
Baṣqa surucunun cermesi mene gelib
Vusal | 15 May 2026 23:25
DYP-yə onlayn müraciət edin silsinlər.
Avtosfer.az | 19 May 2026 23:40
Salam, f10 da m buferin cerimesi varmi? yoxdursa bunu YPX emekdawina nece subut etmek olar
heyder | 14 May 2026 21:29
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/bmwye-m-bufer-qurasdiran-suruculer-bunu-diqqetle-oxusun-226031
Avtosfer.az | 19 May 2026 23:40
Salam. Nomrə 99ladır. Adıma Aformleniye olanda dəyişilməlidir? Rayon qeydiyyatiyam. Ya qala bilər?
Rəşad | 14 May 2026 16:29
Salam. Qala bilər 2 şərtlə: 1) Maşının mülkiyyətçisi alqı-satqıda iştirak etməlidir. 2) Əgər etibarnaməli şəxs sizin adınıza keçirirsə, o zaman mülkiyyətçidən notarial qaydada ərizə almalısınız. Həmin ərizədə qeyd olunmalıdır ki, filan qeydiyyat nişanının filankəsin adına keçirilməsinə etiraz etmirəm. Həmin arayışı alqı-satqı zamanı təqdim etsəniz nömrə avtomobilin üzərində qalacaq.
Avtosfer.az | 19 May 2026 23:36
01-BV-225 nömrəli masını araşdır
Elvin | 14 May 2026 15:50
Biz belə məlumatları araşdıra bilmirik.
Avtosfer.az | 19 May 2026 23:32
57CO387 nomreli masinin markasi ve sahibi lazimdir
Elsad | 14 May 2026 14:18
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 19 May 2026 23:32
Salam men kohne maşinimi axdariram onu geri almag isdeyirem onu nece tapmaq olar yəsin danişib razilaşib geri almağ isdeyirem
Rehim | 14 May 2026 00:52
Salam. Bu haqda məlumat verə bilməyəcəyik
Avtosfer.az | 19 May 2026 15:03
Ford fusiona sport purjunun cerimesi var?
Mehemmed | 13 May 2026 16:55
Bəli var.
Avtosfer.az | 13 May 2026 23:46
Salam bu maşınının sahibin nömrəsi lazımdı
Elvin | 13 May 2026 14:34
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 13 May 2026 23:39
Salam
Əli | 13 May 2026 11:52
Salam.
Avtosfer.az | 13 May 2026 23:39
Pratakol nedi? Ne vaxt yazilmalod yazilmasi surucuye xeyrlidi yoxsa yox masini strafnoya aparan zaman deyirem butun bulari
Ramzi | 12 May 2026 22:59
Sürücü qayda pozan zaman yazılır. Bunun nə xeyiri olasıdır?
Avtosfer.az | 13 May 2026 23:38
Nivada patvalnike ag led qoymaq olar? Buna gore cerime yazila biler?
Ravan | 12 May 2026 22:52
Ağ rəng işıq qoymaq olar.
Avtosfer.az | 13 May 2026 23:37
Men masin sahibinin mobil nomresi lazimdi daveernus ucun 90 of 675 nomreli masindi. Mene komeklik etseniz minetar olardim. Masini men iknci adamdan almisam esas sahibi mene genralni davernus vermisdi indi vaxti kecib hemin adami tapa bilmirem.
Kerem | 12 May 2026 21:45
Təssüf ki, bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 13 May 2026 23:37
Salam aleykum bu dasiyicini bu gun aldim.ama nomre gorunmur ? Nomre yeride mende zavoduskoy kvadrat gelir prosda masin ikinci el olduguna gore uzun nomre qoyub menden onceki sahibi.sizce nomreni sabah gedib kvadrat nomrenen evez edim yoxsa qalsin bele ? Bele qalsa cerime eleyerlermi goresen ? Ve birdeki deyisdirmeye gedesi olsam bele gede bilerem ? Orda sorusacaqlar sebebini ocun deyirem.zehmet olmasa etrafli cavablandirardiz onceden tesekkurler
Vusal | 12 May 2026 19:50
Salam. Düz nömrə yerinə kvadrat nömrə verilməyəcək.
Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/masinin-arxasinda-velosiped-dasiyan-suruculeri-800-manat-cerime-gozleyir-qanun-bele-deyir-vi%CC%87deo-234488
Avtosfer.az | 13 May 2026 23:30
salam sizin saytda keçən ilin ащи те-ка avquylarında əlillər üçün maşınlarda köməkçisi vasitələr düzəldən malik əliyev barədə mövzu işıqlandırılmışdı lakin həmin şəxslə vəya həmin xidmətdən istifadə etmək üçün heç bir yönləndirmə göstərilməmişdir sürücü qazi olaraq sizdən xahiş edirəm ki məni həmin adamın xidmətlərindən faydalanmaq üçün yönləndirəsiniz təşəkkürlər
Roman | 12 May 2026 14:10
Salam. Həmin ustanın nömrəsi budur.
050 320 24 99
Avtosfer.az | 13 May 2026 23:32
Binəqədi rayonu 4 cü polis şöbəsinin yanında olan piyada keçidi niyə görə saat 00:00 dan sonra işləmir dispetçer deyirki bu nazirlər kobinetinin qərarıdır yəni nazirlər kobineti qərar verib ki bu saat 00:00dan sonra işləməsin? Mən ikinci Qarabağ veteranıyam 24 yaşım olmağına baxmayaraq o pilləkənləri qalxmaq mənə çox, çətindir şəhid olsam şəklimi ora vuracaqdız indi bir qələt edib sağ gəlmişəm burda yaşamıyım? Xayiş edirəm bununla bağlı tədbir görün
Elgiz | 12 May 2026 00:46
Gündüz və axşam saatlarında həmin eskalatoru videoya çəkib 070 335 15 59 nömrəsinə göndərə bilərsiniz?
Avtosfer.az | 13 May 2026 23:18
Salam Masnin Texpasbortum itirdike onu yeniden sifaris elemek ucun qayda ve rusum prasesi nece heyata kecirilir zehmet olmasa
Ramil | 11 May 2026 12:39
Salam. Yaşadığınız ünvan üzrə polis idarəsində ərizə yazın və oradan sənədin itməsi ilə bağlı arayışı alın yaxınlaşın Baş Dövlət Yol Polisi İdarəsinə. Orada 30 manat rüsum ödəməklə yeni qeydiyyat şəhadətnaməsi ala bilərsiniz.
Avtosfer.az | 13 May 2026 23:11
Sahibin tapmaq
Gümanalı | 10 May 2026 22:46
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 13 May 2026 23:06
Menim Suruculuk mehdidiyyetim ne vaxti bitir
Revan | 10 May 2026 20:45
Bu haqda məlumat almaq üçün DYP-yə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 13 May 2026 23:05
PM antenaya cərimə var?
Nazim | 9 May 2026 21:00
Onun funksiyası nədir?
Avtosfer.az | 13 May 2026 23:05
Burjuna soyuq press vermey cermedi?
İbrahim | 9 May 2026 13:50
Bəli.
Avtosfer.az | 13 May 2026 23:04
99-VT-446 QARA SEVROLET.KİMƏ MƏXSUSDUR
Mahir | 9 May 2026 02:20
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 13 May 2026 23:03





