3000 km məsafə qət edə bilən dron uğurla sınaqdan keçdi

“Ukrayna 3000 km məsafə qət edə bilən pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib”.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
“Bu gün Qərargahın iclasını keçirdim. Bir neçə sual var idi, amma ən əsası dronlardır. Bütün növ pilotsuz uçuş aparatlarına ehtiyac var. Uzaqmənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 km-lik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsizliyinə zəmanət verəcək uzaqmənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq”, - deyə Zelensk bildirib.
Bu gün Prezidentə Ukrayna raketlərinin, xüsusən də “Uzun Neptun” raketlərinin istifadəsi barədə məlumat verilib.
“Daha çox raket, daha çox pilotsuz uçuş aparatı istehsal etməliyik və bu həftə tərəfdaşlarımızla bu barədə danışacağıq”, - deyə dövlət başçısı qeyd edib.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ











