“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib - FOTO

“Azərpoçt” MMC Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib.
Avtosfer.az qurumun yaydığı məlumata istinadla xəbər verir ki, “Azərpoçt”, Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi, eləcə də Yaponiya səfirliyinin təşəbbüsü ilə 2023-cü ildən etibarən təməli qoyulan əməkdaşlıq uğurla davam edir.
Əməkdaşlığın əsas məqsədi Yaponiyada qurulmuş və müvəffəqiyyət qazanmış poçt işinin ən yaxşı nümunələrini “Azərpoçt”un iş prosesinə tətbiq etməkdir.
Əməkdaşlıq çərçivəsində poçtun rəhbər nümayəndələri ilə Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə poçtdaşıma işinin avtomatlaşması, həmçinin poçt göndərişlərinin sürətli icrası üçün rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.
Sonra yapon qonaqlar poçtdaşıma mərkəzinə səfər edərək, ölkəyə gətirilən “Toshiba” şirkətinə məxsus robotları sınaqdan keçiriblər. Gətirilən robotlar insan əməyini minimuma endirərək qısa zaman ərzində daha çox bağlamaların çeşidlənməsinə, beləcə xidmət keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Eləcə də poçt işinin təşkili və iş prosesinin sürətlənməsi ilə müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə təmin ediləcək.




"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










