AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!

“AzInTelecom” MMC-nin fərdi “bulud” xidməti olan AZINCLOUD bizneslərə lokal serverlər üzərindən sürətli və təhlükəsiz hostinq xidmətləri təqdim edir.
Avtosfer.az xəbər verir ki, rəqəmsallaşma dövründə veb-saytların və mobil tətbiqlərin kəsintisiz və təhlükəsiz işləməsi biznesin inkişafı üçün strateji rol oynayır. Məlumatların serverlərdə saxlanılması xidməti olan hostinq həlləri isə müasir kibertəhlükələr fonunda informasiyaların qorunması və effektiv idarəsi üçün əhəmiyyətlidir. Bu baxımdan hədəf auditoriyaya yaxın yerli serverlərin seçilməsi ən doğru texniki addım hesab olunur.
AZINCLOUD platformasının bizneslərə ölkə daxilində yerləşən serverlər vasitəsilə hostinq imkanları təklif etməsi məlumat ötürülməsini sürətləndirərək şəbəkə gecikmələrini minimuma endirir. "İstifadə etdiyin qədər ödə" modeli xüsusilə kiçik və orta sahibkarlar üçün xərcləri optimallaşdıraraq sərfəli imkanlar yaradır. Ana dilində interfeys, milli valyuta ilə ödəniş və əməliyyatların asanlıqla aparılma imkanları isə AZINCLOUD-u bizneslərin etibarlı rəqəmsal tərəfdaşına çevirir.
Qeyd edək ki, Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Əlavə məlumat üçün azincloud.az saytını ziyarət edə bilərsiniz.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










