“AzInTelecom” bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atdı

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC dünyanın nüfuzlu texnologiya müsabiqələrindən olan “DCS Awards 2026”da uğurla təmsil olunub.
Avtosfer.az xəbər verir ki, şirkət “AZINCLOUD” platforması ilə “İlin bulud layihəsi” (Cloud Project of the Year) nominasiyasında yüksək qiymətləndirilərək “runner up” (xüsusi fərqlənmə) statusunu qazanıb.
Qaydalara əsasən, bu status yalnız texnoloji innovativliyi, etibarlılığı və yüksək göstəriciləri ilə fərqlənən layihələrə verilir.
Qeyd edək ki, “DCS Awards” hər il məlumat mərkəzləri, bulud xidmətləri və İT infrastrukturu üzrə dünyanın qabaqcıl texnologiya şirkətlərini və layihələrini müəyyən edir. Qlobal miqyasda rəqabətin yaşandığı və dünya telekommunikasiya liderlərinin yarışdığı müsabiqədə “AZINCLOUD”un fərqlənməsi “AzInTelecom”un İT infrastrukturunun beynəlxalq səviyyədə olduğunu göstərir.
“AZINCLOUD” haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan “AZINCLOUD” “AzInTelecom” MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi “Gcore” ilə əməkdaşlığı çərçivəsində yaradılıb. “AZINCLOUD” platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...












