“Aztelekom”un dəstəyi ilə Bakıda “GameSummit” keçiriləcək

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC Bakıda keçiriləcək “GameSummit 2025” oyun festivalının baş sponsoru qismində çıxış edir.
MMC-dən Avtosfer.az-a bildirilib ki, müasir mədəni tendensiyalarla maraqlananlar üçün həm bilik və təcrübə mübadiləsi, həm də əyləncə imkanı yaradan “GameSummit” iştirakçılara onlayn oyunlar, e-sport turnirləri, kospley və k-pop yarışmaları, eləcə də maraqlı musiqi çıxışları ilə zəngin proqram təqdim edir.
Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verən “Aztelekom” MMC-nin “GameSummit” tədbirinə baş sponsorluğu şirkətin innovasiya, yaradıcılıq və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na müvafiq olaraq ölkədə sürətlə inkişaf edən rəqəmsal ekosistemi dəstəkləmək məqsədini əks etdirir.
Oyun həvəskarlarını, tərtibatçıları və rəqəmsal istedadları bir araya gətirən bu kimi platformaları təşviq etməklə “Aztelekom” yeni nəsil texnologiya mütəxəssislərini həvəsləndirmək və yüksəksürətli bağlantının açdığı imkanları geniş auditoriyaya nümayiş etdirmək niyyətindədir.
Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “IDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat sabit şəbəkə internet provayderinə ölkə tarixində ilk dəfə olaraq təqdim edilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











