Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

“South China Morning Post” nəşri məlumat verir ki, çinli alimlər dünyada ilk dəfə sualtı qayıqdan buraxılan və həm su altında üzə, həm də uça bilən pilotsuz uçuş aparatı hazırlayıblar.
Avtosfer.az xəbər verir ki, alimlərin sözlərinə görə, açılıb-bağlanan qanadlarının unikal konstruksiyası hesabına dron bir uçuşda hava və su məkanı arasında bir neçə dəfə yerini dəyişə bilir ki, bu da onun maskalanma və xilas olma imkanlarını xeyli artırır.
Uçmaq üçün istifadə etdiyi pərlərini aparat 5 saniyə ərzində yığır və füzelyaja kip bağlanır. Bu isə onun suya qarşı müqavimətini xeyli azaldır. Aparatın xüsusi üzgüçülük vintləri onun su altında hərəkətini təmin edir. Dron sualtı qayıqdan buraxılır, missiyası bitəndən sonra həmin yerə də qayıdır. Havada yüksək manevr qabiliyyəti və su altında işləmə imkanları aparatı kəşfiyyat və zərbə endirmək üçün istifadə etməyə şərait yaradır.
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ












