Dronlardan müdafiə üzrə koordinasiya qrupu yaradılır

Çexiya hökuməti Dövlət Təhlükəsizlik Şurasında ölkənin pilotsuz uçuş aparatlarının hücumlarından müdafiəsi ilə məşğul olacaq yeni koordinasiya qrupunun yaradıldığını elan edib.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Petr Fiala məlumat verib. Onun sözlərinə görə, qrupun əsas vəzifəsi dron texnologiyasının inkişafının monitorinqi və potensial təhdidlərə, xüsusən də Rusiya pilotsuz uçuş aparatlarının yaratdığı təhlükələrə cavabların hazırlanması olacaq. Qrupun tərkibinə Müdafiə, Daxili İşlər, Nəqliyyat nazirliklərinin nümayəndələri, hərbi və polis ekspertləri daxil olacaq.
Müdafiə naziri Yana Çernoxova vurğulayıb ki, Çexiya təkcə dron əleyhinə müdafiə deyil, həm də daha genişmiqyaslı və çoxqatlı hava hücumundan müdafiə sistemi yaratmağa çalışır. Bu strategiya çərçivəsində ölkədə müxtəlif tipli bir neçə yüz pilotsuz uçuş aparatının alınması üçün tender də yekunlaşır.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












