60-cı Prezidentlik Velosiped Turuna start verilib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Avropa Turu təqvimində yer alan Prezidentlik Türkiyə Velosiped Turuna start verilib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu gün Antalyadan başlayan və mayın 4-də İzmirdə başa çatacaq 8 mərhələdən ibarət turda bu il 13 ölkədən 161 velosipedçidən ibarət 23 komanda iştirak edir. 60-cı dəfə təşkil olunan və ümumilikdə 1153 kilometr məsafəni əhatə edən yarış dünyanın 190 ölkəsində 13 dildə yayımlanır.
Qeyd edək ki, ilk dəfə “Marmara Turu” adı ilə 1963-cü ildə təşkil edilən yarış 1965-ci ildə beynəlxalq status qazanıb. Bu səbəbdən də turun başlanğıc tarixi olaraq 1965-ci il qəbul edilir. Yarış 1966-cı ildən Türkiyə Prezidenti Administrasiyasının himayəsinə alınıb.
2023-cü ildə UCI Avropa Turu çərçivəsində 2.1 kateqoriyasında təşkil edilən yarış 2024-cü ildə yenidən Pro seriyalı yarışlar arasında yer alıb.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












