Avtomobilin duracağa qoyulma qaydası pozulub? – SUALIN CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və bu cavabı tapan ilk şəxsin adını açıqlayır. Sual dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu avtomobilin sürücüsü avtomobilin duracağa qoyulma qaydasını pozurmu?
A) Pozmur;
B) Əgər avtomobilin icazə verilən maksimum kütləsi 3,5 tondan artıqdırsa, pozur;
C) Avtomobilin icazə verilən maksimum kütləsindən asılı olmayaraq pozur.
Sualın doğru cavabı belədir: Bu şəkildə 5.1 “Duracaq yeri” və 7.6.2 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” nişanları verilib və onlar burada nəqliyyat vasitələrinin qismən səkiyə çixmaqla parklana bilməsini ifadə edir. Lakin 7.6.2 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” nişanı yalnız minik avtomobillərinə və motosikletlərə aiddir. Deməli, icazə verilən maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinin burada duracağa qoyulması qayda pozuntusudur. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq: Avtomobilin icazə verilən maksimum kütləsindən asılı olmayaraq bu avtomobilin sürücüsü avtomobilin durcağa qoyulma qaydasını pozur.
Sualın ilk doğru cavabını Nazim adlı oxucumuz verib. Nazimə uğurlar arzu edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













