Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, fevralın 22-dən satışa çıxarılmış biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları əldə edirlər.
Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və s. ölkələrin azarkeşləri çoxluq təşkil edir. Tamaşaçılar daha çox tribuna ("grandstand") zonasına maraq göstərir.
Ötən il COVID-19 pandemiyası səbəbindən yarışa tamaşa edə bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdır.
Biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üçgünlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manatadır.
Biletləri "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən almaq olar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












