Azərbaycan velosipedçisi "Rio-2016"ya növbəti lisenziya xalı qazanıb

Azərbaycanın şosse velosipedi üzrə Elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb. Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, Azərbaycan təmsilçisi Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb. Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.
Qeyd edək ki, 16 komandanın iştirak etdiyi yarışda Azərbaycan velosipedçiləri 54 km məsafəni 1 saat 9 dəqiqə 37 saniyəyə qət etməklə yekun sıralamada 5-ci yeri tutublar. Nəticədə onların aktivlərinə 10 reytinq xalı yazılıb.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












