Banner

Bakıda avtomobil yarışının qalibi məlub olub - FOTOLAR

Yarışma 12 Oktyabr 2014 01:20 Oxunub 2104
Bakıda avtomobil yarışının qalibi məlub olub - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan paytaxtında “V1 Challenge Azerbaijan” yarışı keçirilib

Oktyabrın 11-də Bakı Kristal Zalında ilk dəfə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “V1 Challenge Azerbaijan” yarışı keçirilir. Təqdimat şousunda 12 ölkəni təmsil edən 14 peşəkar pilot çıxış edib. Təqdimat şousu ilə əlaqədar avqustun 25-dən təlimlər təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik məşqlər keçirilib. Yarışın açılışında çıxış edən federasiyanın prezidenti Anar Ələkbərov bildirib ki, son zamanlar Azərbaycan bir birindən maraqlı və əhəmiyyətli tədbirlərə, beynəlxalq konfranslara, forumlara, sərgilərə və idman yarışlara ev sahibliyi edir: “Fərəhləndirici haldır ki, bu gün Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi təcrübə və nailiyyətlər, bir çox istiqamətlərdə həyata keçirdiyi layihələr beynəlxalq qurumlar tərəfindən örnək kimi qəbul edilir. Ölkəmizin coğrafi mövqeyi və tarixi, xalqımızın mədəniyyətlər və sivilizasiyalar arası dialoqa verdiyi önəm Azərbaycanı yüksək tolerantlıq ənənələrinə mövcud olduğu məkan kimi tanıdıb. Dövlət siyasətinin nəticəsi olaraq bu gün biz Azərbaycanı dünya birliyində idman ölkəsi kimi də təqdim edə bilərik. Son 10 ildə Azərbaycanda 40-dan çox olimpiya mərkəzi istifadəyə verilib, gənc idmançılarımız qarşısında yeni perspektivlər və imkanlar açılıb. Bu gün isə paytaxtımız 2015-ci ildə idman tarixində ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunlarına hazırlaşır. Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, təşkilat komitəsinin səyləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yüksək templə görülən hazırlıq işlərinə birbaşa nəzarət etməsi deməyə əsas verir ki, Azərbaycan 1-ci Avropa Oyunlarını layiqincə keçirəcək”.

Onun sözlərinə görə, idmanın təbliği, idman infrastrukturunun yaradılması və yenilənməsi, əhalinin maarifləndirilməsi kimi mühüm sahələri əhatə edən dövlət siyasəti ayrı-ayrı qurumları, o cümlədən Azərbaycan Avtomobil Federasiyasını bu sahələrdə daha aktiv fəaliyyətə sövq edir. A. Ələkbərov qeyd edib ki, “V1 Challenge Azerbaijan" yarışmasında 12 ölkədən, o cümlədən Almaniya, Belçika, Bolqarıstan, Fransa, Xorvatiya, İtaliya, Livan, Moldova, Portuqaliya, Türkiyə və Türkmənistandan peşəkar pilotlar yarışacaqlar: “Azərbaycan Avtomobil Federasiyası avtomobil idmanı, yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti iştirakçılarının hüquqlarının müdafiəsi, avtomobil sənayesi və nəqliyyat infrastrukturu, avtomobil yarışları üzrə mütəxəssislərin, peşəkar pilotların hazırlanması sahəsində yeni layihələrin həyata keçirilməsinə başlayıb. Bizim əsas məqsədimiz ölkə ərazisində yol hərəkət təhlükəsizliyi və mədəniyyətinin təbliğ olunmasına, vətəndaşların, xüsusilə də yaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsinə, nəqliyyat vasitələrinin istismarı sahəsində ətraf mühitin mühafizəsinə yönəlmiş layihələr reallaşdırmaqdır. Siması gündən-günə dəyişən Bakıda aparılan quruculuq işləri, salınan yeni yollar və körpülər idman yarışları həvəskarlarına avtomobil yarılarını paytaxtımızda canlı izləmək şansını da verir”.

Sonra “Volkicar” avtomobillərinin yarışına start verilib. Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil edirlər.

Artıq yarışa yekun vurulub. Fransa pilotu Anton Huber finalda alman pilotu Harald Mülleri məğlub edərək qalib olub. Azərbaycan pilotu Adil Axundov isə yarımfinala qədər yüksəlsə də, yarımfinalda Alman pilotu və Livan pilotuna məğlub olaraq yer tuta bilməyib. Beləliklə, birinci yeri Fransa pilotu Anton Huber, ikinci yeri Alman pilotu Harald Müller, üçüncü yeri isə Livanm pilotu Abdo Feqali tutub. Hər üç yerin qalibi sonda mükafatlandırılıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh