Bakıda dağ velosipedi yarışları keçiriləcək

Sabah Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçiriləcək. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ildəki təqvim planına uyğun olaraq keçiriləcək yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər. Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 4, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdırlar. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 09:00-da başlanacaq. Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 2-ci mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.
Emin
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












