Bakıda keçiriləcək “Formula 1” yarışı Parisdə müzakirədə - FOTO

Parisdə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının 2015-ci il üzrə illik iclası keçirilir. İclasda Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Federasiyanın nümayəndələri iştirak edirlər. Azərbaycan Avtomobil Federasiyası iclasda FIA-nın mobillik sahəsi üzrə üzvü seçilib. Beynəlxalq Avtomobil Federasiyasının üzvü olan Azərbaycan Avtomobil Federasiyası bundan sonra, həmçinin yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi kimi beynəlxalq layihələr həyata keçirəcək.
Mobillik avtomobil sahəsinə aid bütün mövzuları özündə cəmləşdirir. Buraya təhlükəsizlik, ətraf mühit, turizm və s. kimi önəmli sahələri aid etmək olar. Mobillik siyasətinin başlıca məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. FIA-nın Parisdəki Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Avtomobil Federasiyası Bakıda 2016-cı ildə keçiriləcək “Formula 1”in təşkilatçısı kimi yarışa hazırlıqla bağlı bir sıra görüşlər keçirib.
Fidan
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












