Bakıda şaxta babalar velosiped yarışına çıxdı - FOTOLAR

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirib. Lent.az-ın məlumatına görə, bayram əhval-ruhiyyəsində keçirilən tədbir başlamazdan öncə yürüş iştirakçılarını tandem velosipedlə Azadlıq meydanına gələn Şaxta Baba və Qar Qız salamlayıb. 200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı veloyürüş Hökumət Evinin qarşısından start götürüb. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, artıq ənənə halını alan yürüşə maraq ildən-ilə artır: "Hər şeydən öncə qarşıdan gələn bayramlar münasibətilə xalqımızı federasiyamız adından səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, hər ilin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası həvəskarlar üçün belə bir yürüş təşkil edir. Builki yürüşdə "SharkHead" Velosipedçilər Klubu da aktiv şəkildə iştirak edir. Bizi sevindirən əsas məqam bu cür yürüşlərə insanların marağının durmadan artmasıdır. Bu yürüş həm də ona görə vacibdir ki, qoy avtonəqliyyat vasitələri sahibləri velosipedçilərlə eyni yolda hərəkət etməyin mümkünlüyünü qəbul etsinlər". Bayram tədbirinin müxtəlif yaş qrupuna aid olan iştirakçıları şəhər küçələri ilə 18 km məsafə qət ediblər və yürüş elə başladığı yerdə sona çatıb. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN






















