Bu avtomobilin sürücüsü qaydaları pozurmu? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş şəxsin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yolda bu qaydada hərəkət edən avtomobilin sürücüsü qaydaları pozurmu?
A) Əgər qarşıdan gələn nəqliyyat vasitəsi olarsa, pozur;
B) Hər bir halda pozur;
C) Pozmur.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin 1-ci hissəsində deyilir ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Şəkildə isə aydın görünür ki, sürücü yolun hərəkət hissəsinin sağ kənarı ilə deyil, ortası ilə hərəkət edir. Özü də sürücünün belə mövqe seçməsi yoldakı maneə, yaxud onun edəcəyi hər hansı manevrlə bağlı deyil. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yolda bu qaydada hərəkət edən avtomobilin sürücüsü hər bir halda qaydaları pozur. Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













