Bu nişandan sonra hərəkəti hansı sürətlə davam etmək olar? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini açıqlayır. Sualımız yolda müəyyən edilən sürət rejimi ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkəti hansı sürətlə davam edə bilər?
A) 60 km/saat-dan yüksək olmayan sürətlə;
B) 20 km/saat-dan yüksək olmayan sürətlə;
C) Bu nişandan əvvəl hərəkət etdiyi sürətlə.
Sualın doğru cavabı belədir: Şəkildə 5.51 “Yaşayış zonası” nişanı görünür. “Yol hərəkəti haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış zonasında saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, qadağandır. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkətini 20 km/saat-dan yüksək olmayan sürətlə davam etdirə bilər. Sualın ilk doğru cavabını Namiq Muradov adlı oxucumuz verib. Onu təbrik edirik.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













