Banner

Bu nişanlar nəyi bildirir? –SUALIN DOĞRU CAVABI

Yarışma 9 Mart 2015 23:14 Oxunub 3046
Bu nişanlar nəyi bildirir? –SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sulaının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual nişanlarla bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu nişanlar nəyi bildirir? 

A) Qabaqda 500 m məsafədən sonra sərt döngələrdən ibarət yol sahəsi var;

B) Qabaqda 150-300 məsafədən sonra sola, ondan 500 m sonra isə sağa istiqamətlənən sərt döngə var;

C) Qabaqda 150-300 məsafədən sonra ilk döngəsi sola olmaqla yolun 500 metrlik sahəsində sərt döngələr var.

Sualın ilk doğru cavabını Vuqar Ismailov adlı oxucumuz verib: C) Qabaqda 150-300 məsafədən sonra ilk döngəsi sola olmaqla yolun 500 metrlik sahəsində sərt döngələr var. Vüqarı təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur. 

Sualın daha dəqiq və geniş cavabı isə belədir:  Şəkildə 1.12.2 “Təhlükəli döngələr” xəbərdarlıq nişanı və 7.2.1 “Qüvvədə olma sahəsi” lövhəciyi verilib. 1.12.2 nişanı yaşayış məntəqəsindən kənar yolda ilk döngəsi sola olan ardıcıl yerləşən sərt döngələrin olduğunu ifadə etmək üçün həmin döngədən 150-300 metr qabaqda qoyulur. 7.2.1 nişanı isə bu halda təhlükəli yol sahəsinin uzunluğunu ifadə edir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Bu nişanlar qabaqda 150-300 məsafədən sonra ilk döngəsi sola olmaqla yolun 500 metrlik sahəsində sərt döngələr olduğunu ifadə edir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh