Bu nişanlar nəyi ifadə edir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı verən şəxsin kimliyini təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanlarının tələbi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nişanlar nəyi ifadə edir?
A) 50 km/saat-dan yüksək sürətlə hərəkət etmək üçün bu yolun yalnız sol (ikinci) hərəkət zolağı ilə hərəkət etmək lazımdır;
B) Bu yolda icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır;
C) Bu yolun sol (ikinci) hərəkət zolağında icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır.
Sualın doğru cavabı belədir:
Şəkildə 4.7 “Minimum sürətin məhdudlaşdırılması” nişanı 7.14 “Hərəkət zolağı” lövhəciyi ilə birgə tətbiq edilib. Həmin nişanlar yolun ikinci (soldakı) hərəkət zolağı üzərindən asılib və deməli, onların qüvvəsi yalnız bu zolağa aiddir. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq: Bu yolun sol (ikinci) hərəkət zolağında icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır. Sualın ilk doğru cavabını Murad Əzizov adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ













