Bu nişanlardan hansı geriyə dönməyə icazə verir? – DOĞRU CAVAB

Yarışma 2 Noyabr 2015 15:22 Oxunub 20231
Bu nişanlardan hansı geriyə dönməyə icazə verir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlardan hansı geriyə dönməyə icazə verir?

A) Heç biri vermir;

B) 2-ci və 5-ci nişan;

C) Yalnız 5-ci nişan;

D) Yalnız 2-ci nişan.

Sualın cavabı doğru cavabı belədir:

Şəkildəki 1-ci və 3-cü nişanlar məcburi hərəkət istiqaməti nişanları olmaqla yalnız nişanda göstərilən istiqamətdə hərəkətə icazə verir. 4-cü və 5-ci nişanlar isə həmin yolda geriyə (əksinə) hərəkətin mükün olmadığı deməkdir (5-ci nişan olan yolda yalnız avtobus və trolleybus xüsusi zolaqla əksinə hərəkət edə bilər). 2-ci nişan (3.18.2 “Sola dönmək qadağandır” nişanı) isə sola dönməni qadağan etsə də geriyə dönməni qadağan etmir. Deməli, sualın doğru cavabı “D” variantı olacaq:  Bu nişanlardan yalnız 2-ci nişan geriyə dönməyə icazə verir.

Suala ilk doğru cavabı Tərxan Zərbəli adlı oxucumuz verib. Onu təbrik edirik. Hədiyyəni əldə etək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur!

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır və qalib gəlmiş şəxsə akkumluyator hədiyyə veriləcək.

«Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "AVTOKRAT" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

MUTLU şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "AVTOKRAT" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış Mutlu akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən MUTLU akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "AVTOKRAT" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "AVTOKRAT" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

rustam 12 Sentyabr 2017 21:00
cavab2
rustam 16 İyul 2017 23:44
salam 100_lük Akkumluyatneçəyədir