Banner

Bu nişanlardan hansı minik avtomobilinə 55 km/saat sürətlə hərəkətə icazə verir - YENİ SUAL

Yarışma 2 Noyabr 2015 20:55 Oxunub 6125
Bu nişanlardan hansı minik avtomobilinə 55 km/saat sürətlə hərəkətə icazə verir - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolda sürət rejimi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlardan hansının qüvvədə olduğu sahədə minik avtomobili 55 km/saat sürətlə hərəkət edə bilər?

A) Hamısının;

B) Yalnız B və C nişanlarının;

C) Yalnız B nişanının;

D) Yalnız C nişanının.

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır. Suala ilk və doğru, daha əhatəli cavab verən şəxs «Mutlu» akkumulyatoru qazanacaq.

Xüsusi QEYD: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız.

«Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "Avtokrat" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

«Mutlu» şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "Avtokrat" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış MUTLU akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən Mutlu akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "Avtokrat" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "Avtokrat" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Eldar 4 Noyabr 2015 11:28
Cavab A-dir. Cunki, 1ci sekilde suretin mehdudlasdirilmasinda 10 kmsaat heddine icaze verilir, 2ci sekilde minimum suret heddi qeyd edilib, yeni burda hansi yolda oldugunu nezere alaraq 50 den yuksek suretle surmeye icaze verilir, 3cu nisan ise tovsiye olunan suret heddini gosterir, ama bu nisanda da surucu yuksek suretde sure biler. Belelikle, her uc nisanda 55kmsaat la idare etmek olar.
Ayaz 4 Noyabr 2015 00:26
B
Nail 3 Noyabr 2015 14:15
B b ve c nishanlari. b nishani minimum suret heddi, c nishani tovsiye olunan suret heddi. a nishani mehdudiyyet
Emin 3 Noyabr 2015 02:48
B bendi
Shahin 3 Noyabr 2015 00:15
A
Hikmət 2 Noyabr 2015 23:01
B
Həsən Sultanov 2 Noyabr 2015 21:13
cavab: B varianti Yalnız B və C nişanlarının
Vusal Haciyev 2 Noyabr 2015 21:05
C Yalnız B nişanının;A.maksimim suret niasni en cox 50getmek olarB.minumum suret ninasi en az 50getmek olarc.tovsiye olunan suret nisani
Vusal Haciyev 2 Noyabr 2015 20:58
C Yalnız B nişanının;
Xaleddin 2 Noyabr 2015 20:58
B Yalnız B və C nişanlarının;