Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və cavabı ilk olaraq göndərən şəxsin kimliyini açıqlayır. Sual yol nişanlarının mənası ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Bu nişanlardan hansılar sola dönməyə icazə vermir?
A) Yalnız 2-ci;
B) Yalnız 1-ci;
C) Yalnız 1-ci və 3-cü;
D) Hamısı.
Sualın ilk doğru cavabını Te Amor adlı oxucumuz verib. Dəqiq adını bilməsək də, onu təbrik edirik.
Sualın daha dolğun cavabı isə belədir: Bu şəkildəki 1-ci nişan 5.10.2. “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış” nişanıdır və bu nişan onu ifadə edir ki, digər nəqliyyat vasitələri müvafiq yolayrıcında sola dönə bilməzlər. 2-ci nişan 3.19 “Geriyə dönmək qadağandır” nişanıdır və yalnız geriyə dönməni qadağan etməklə sola dönməni qadağan etmir. 3-cü nişan isə 5.11.1 “Geriyə dönmə yeri” nişanıdır və yolayrıcından kənar yerlərdə geriyə dönmə yerini bildirməklə sola dönməyə icazə vermir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu nişanlardan 1-ci və 3-cü sola dönməyə icazə vermir.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













