Banner

Bu sürücü dayanmadan hərəkəti davam etdirə bilər – SUALIN CAVABI

Yarışma 20 Oktyabr 2014 18:25 Oxunub 2738
Bu sürücü dayanmadan hərəkəti davam etdirə bilər – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Sürətlənmə zolağı ilə hərəkətdə olan A avtomobilinin sürücüsü bu vəziyyətdə nə etməlidir? 

A) 2.4 nişanının tələbinə uyğun olaraq dayanmaqla və ya sürəti azaltmaqla B avtomobilinə yol verdikdən sonra hərəkətini davam etdirməlidir;

B) B avtomobilinə sağdan yaxınlaşdığı üçün B avtomobilinin sürücüsünün dayanaraq və ya sürəti azaldaraq ona yol verdiyinə əmin olmaqla hərəkətini davam etdirməlidir; 

C) Yolun ikinci hərəkət zolağı ilə hərəkət edən B avtomobilinə mane olmadığına görə dayanmadan birinci hərəkət zolağına çıxaraq hərəkətini davam etdirməlidir.

Suala verilən çoxsaylı cavabları təqdim edirik:

 

Anar - C olmalidir

 

Ferhad - A varianti

 

Ulvi - Cavab A varianti

 

Seymur - Təbii ki A variantıdır. çünki əsas yol b maşınınıdır. magistral yola çıxan mütləq gözləməlidir.

 

Elshan - Menim fikrimce C variantidi

 

Asif - Men dushunurem ki variant C dir cunki orda stop znaki yoxdur ki qanuna tabe olub dayanib sora hereketi davam etdirmek orda ancaq yol ver niwani var o egenemki mabeya yaratmir cixa biler cunki yawil mawin 2 ci yolla hereket edir qara mawin birinci yola cixir

 

Cavab-  C 

 

Roshka - Əlbətdəki hər ikisi ayrı zolaqla getdiyi üçün C variantı düzgün cavabdır

 

Araz - C bendiridr bu sualin cavabi

 

Sanan - C bendi

 

Nail - C

 

Perviz veliyev - Cavab C bendi

 

Ferid - Nisanin telebine gore dayanmalidi. B avtomobilne yol verib herekete baslamalidi..cavab.B

 

Rüfət - Cavab:C

 

Zülfəli - Cavab-B variantıdır.

 

Mikayil Quliyev - Eger B avtomobiline mane toretmirse hereketi davam etdire biler. C variantidir

 

Vusal Imanov – C. Yolun ikinci hərəkət zolağı ilə hərəkət edən B avtomobilinə mane olmadığına görə dayanmadan birinci hərəkət zolağına çıxaraq hərəkətini davam etdirməlidir.cunki burada 2.5 Dayanmadan keçmək qadağandır nisani yoxdur.

 

Azər - A 2.4 nişanının tələbinə uyğun olaraq dayanmaqla və ya sürəti azaltmaqla B avtomobilinə yol verdikdən sonra hərəkətini davam etdirməlidir;

 

Elmir - A

 

Bahar - C

 

Elgiz - Men bilirem ki cevab C seceneyidir!Eyer dunyanin her terefinde de eyniyse C-dir

 

Mahir - A varianti. 2.4 niwanin telebi dayanmaq ve ya sureti azaldaraq b ye yol vermeli.

 

Azer - Cavab A variantidir

 

Ülkər - Doğru cavab C variantıdı deyə düşünürəm.

 

Ələsgər - C

 

Samxal - C varianti

 

Mir SeLim AzaDoghlu - A

 

Aylin Alev - 2.4 nisanina gore yol vermelidir. yalniz B avtomobilinin gedisine mane olmadigi ucun oz yolunu davam etdire biler. eyer arxadan diger masin gelmirse. ona gore C varianti daha mentiqe uygundur mence

 

Rauf Tanrili - A variantidir, cunki baw yola cixdigi ucun gozlemelidir.

 

Vusal Haciyev - Cavab C varianti. Ona gore ki niwanin telebi ehtiyatli şekilde yolu daham etmeye icaze verir ve bele veziyetde B avtomabili sol zolaqda hereket etdiyi ucun A hecbir maneye yaratmadan niwanlama xeti qarwisina gelib sag zolaqda mawin olmadigini deqiqlewdirib yola cixa biler.

 

Togrul Mamedov - A

 

Elsan Babayev - B avtomobiline yol vererek bawka avtomobilin gelmediyine emin olduqdan sonra hereketi davam etdirmelidir

 

Kamil Nadirzade - B

 

Sarxan Mammadov - A

 

Vuqar Novruzov - A

 

Jap On - C

 

Sualın doğru cavabı isə belədir: «Yol hərəkəti haqqında» Qanunun 1-ci maddəsinin 41-ci bəndində yol verməyə belə anlayış verilib: 41) yol vermək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Güründüyü kimi, yol vermə vəziyyəti yoxdursa, yəni sürücünün hərəkəti davam etdirməsi başqa nəqliyyat vasitələrinin sürücülərini hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur etməyəcəksə, yol verməkdən söhbət gedə bilməz. Gördüyünüz şəkildəki vəziyyətdə də sürətlənmə zolağı ilə hərəkətdə olan A avtomobilinin sürücüsü ən sağ zolağa çıxaraq hərəkətini davam etdirdiyi təqdirdə ikinci zolaqla hərəkətdə olan B avtomobilinə mane olmayacaq. 2.4 nişanı da məhz yol verilməli olan nəqliyyat vasitəsi olduqda yol verilməli olduğunu bildirir. Ona görə də A avtomobilinin sürücüsü bu vəziyyətdə dayanmadan hərəkətini davam etdirə bilər. Deməli, doğru cavab “C” variantıdır:  A avtomobilinin sürücüsü yolun ikinci zolağı ilə hərəkət edən B avtomobilinə mane olmadığına görə dayanmadan birinci zolağa çıxaraq hərəkətini davam etdirməlidir.

Budəfəki qalibimiz Vüsal Hacıyevdir. O, suala ilk və dolğun cavab verdiyi üçün «Repsol» avtomobil yağlarından 20 manatlıq hədiyyə qazanıb. Onu təbrik edirik! Hədiyyəni əldə etmək üçün 055 335 15 59 saylı telefona zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh