Bu sürücü hansı halda piyadalara yol verməlidir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı verən şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün sualımız yolayrıcını keçmə zamanı piyadalarla münasibətə aiddir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Bu avtomobili idarə edən sürücü hansı halda piyadalara yol verməlidir?
A) Yalnız sağa döndükdə yolu keçməkdə olan piyadalara, çünki bu halda sürücü baş yoldan ikinci dərəcəli yola keçir;
B) İstər sağa, istərsə də sola dönərkən piyadalara yol verməlidir;
C) Heç bir halda piyadalara yol verməməlidir, çünki baş yolla hərəkət edir.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Göründüyü kimi, bu tələb sürücünün baş yolda və ya ikinci dərəcəli yolda olması ilə əlaqələndirilmir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu avtomobili idarə edən sürücü istər sağa, istərsə də sola dönərkən piyadalara yol verməlidir.
Sualın ilk doğru cavabını Emin Paşayev adlı oxucumuz verib. Onu təbrik edirik.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













