Banner

Bu vəziyyətdə kim hərəkət üstünlüyünə malikdir? – DOĞRU CAVAB

Yarışma 26 Oktyabr 2015 12:09 Oxunub 5452
Bu vəziyyətdə kim hərəkət üstünlüyünə malikdir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları ilə bağlıdır. Sual belədir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu vəziyyətdə kim hərəkət üstünlüyünə malikdir?

A) Yük avtomobilinin (2-ci avtomobilin) sürücüsü;

B) Minik avtomobilinin (1-ci avtomobilin) sürücüsü;

C) Belə vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər qarşılıqlı razılığa uyğun hərəkət etməlidirlər.

Sualın cavabı doğru cavabı belədir: Bu şəkildə yük avtomobili (2-ci avtomobil) dairə boyunca olan hərəkət zolağı üzrə istiqamətini (zolağını) dəyişmədən hərəkət edir, minik avtomobili (1-ci avtomobil) isə dairə boyunca sağ hərəkət zolağına yerdəyişmə edərək dairədən çıxmağa hazırlaşır. “Yol hərəkəti haqqında” Qanunun 42-cı maddəsinin 5-ci hissəsinə əsasən, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  Bu vəziyyətdə yük avtomobilinin (2-ci avtomobilin) sürücüsü hərəkət üstünlüyünə malikdir.

Suala verilən cavbların əksəriyyəti doğru olsa da, vəziyyəti izah etməklə doğru cavab verən olmayıb. Buna baxmayaraq sualın ilk doğru cavabını verən Afaq adlı oxucumuzu qalib saya bilərik. Onu təbrik edirik. Hədiyyəni əldə etək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur!

 

 

Qeyd edək ki, sualın sponsoru «Mutlu» akkumulyatorlarıdır.

«Mutlu» haqqında:

«Mutlu» akkumulyatorları 1955-ci ilden beri istehsal olunur. Dünya bazarında rəqabət, istehsal və xidmətdə keyfiyyəti ön plana çıxaran Mutlu akkumulyatorları dünyanın 30 ölkəsinə ixrac olunur. İxracat Avropa, Türk birliyi və MDB-nin qabaqcıl ölkələrinə üstünlük təşkil edir. Azərbaycanda isə bu akkumulyatorların rəsmi distribyutoru "AVTOKRAT" MMC – dir.

Dünyanın "Mercedes", "Toyota", "Hyundai", "Ford", "Opel", "Renault", "İsuzu", "Fiat" kimi böyük avtomobil istehsalçıları avtomobillərin ilkin komplektləşməsi üçün yüksək keyfiyyət göstəricilərinə və dünya bazarına uyğun texnologiya seçimi ilə seçilən MUTLU akkumulyatorlarını seçirlər.

MUTLU şirkəti İSO 9001, İSO14001, QS 900 və Azərbaycan Respublikasının Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq Sertifikatına malikdir.

Azərbaycanda təqdim olunan Mutlu akkumulyatorlarının rəsmi distribyutoru "AVTOKRAT" MMC-nin Bakı şəhərində 2 servis, 200-dən çox satış məntəqələr i, Şimal və Qərb bölgələrinin dilerlik satış məntəqələri fəaliyyət göstərir. Müştəri məmnuniyyətini keyfiyyətilə qazanmış Mutlu akkumulyatorları müştərilərinə servis və 24 aylıq zəmanət xidməti təqdim edir.

İldə 5 milyondan artıq akkumulyator istehsal edən MUTLU akkumulyatorları Türkiyə Respublikasında idxal və ixraca görə ilk sırada gəlir. Dünyanın 3 qitəsini əhatə edən Mutlu akkumulyatorları Azərbaycanda çox qısa müddətdə bazarın 20%-i əldə edib. Mutlu akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutoru "AVTOKRAT" MMC Azərbaycanın qabaqcıl dövlət və özəl sektorlarıyla əməkdaşlıq edir. "Procter and Gamble", "Azal", "Azpetrol", "Azərkörpü", "Socar", "Azərsun Holding", "Honda", "Toyota" kimi şirkətlər bizimlə əməkdaşlıq edir.

Ən keyfiyyətli xidməti, ən sürətli şəkildə həyata keçirən "AVTOKRAT" MMC şirkəti sizinlə də əməkdaşlığa ümid edir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Eldar 26 Oktyabr 2015 13:44
Salam, qalib kimi secdiyiniz cavabi ve oz cavabimi gonderirem, sizce hansi daha etrafli izah olunub. Zehmet deyilse, cinsiyyet ayri seckiliyine yol vermiyin ve duzgun qerar verin. Eldar EldarliMinik avtomobilinin surucusu yol vermelidir. Dairevi hereket zolaginda olmaqlarina baxmayaraq istenilen halda eger yanasi iki avtomobil hereket edirse. Soldaki avtomobil saga kecmek isteyirse sagdakini buraxib herekete davam etmelidir. Yeni burda dairede olmaqlari o qeder de ehemiyyetli deyil. Qaydalara esasen de surucu onceden doneceyi istiqameti secmelidir. Cavab 2.yuk avtomobili hereket ustunluyune malikdir.Like • Reply • 2 • October 19 at 8:25pmAfag | 19 Oktyabr 2015 19:00cavab A varianti. yashil avtomobil hem sagda oldugu ucun hem de irelide oldugu ucun ustunluye malikdi. donme siqnali hec kime ustunluk vermirMinik avtomobilinin surucusu yol vermelidir. Dairevi hereket zolaginda olmaqlarina baxmayaraq istenilen halda eger yanasi iki avtomobil hereket edirse. Soldaki avtomobil saga kecmek isteyirse sagdakini buraxib herekete davam etmelidir. Yeni burda dairede olmaqlari o qeder de ehemiyyetli deyil. Qaydalara esasen de surucu onceden doneceyi istiqameti secmelidir. Cavab 2.yuk avtomobili hereket ustunluyune malikdir.Like • Reply • 2 • October 19 at 8:25pmAfag | 19 Oktyabr 2015 19:00cavab A varianti. yashil avtomobil hem sagda oldugu ucun hem de irelide oldugu ucun ustunluye malikdi. donme siqnali hec kime ustunluk vermir