Bu vəziyyətdə kim yol verməlidir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və ilk doğru cavabı vermiş kimliyini açıqlayır. Budəfəki sualımız nizamlanan yolayrıcınının keçilməsi qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu vəziyyətdə kim yol verməlidir?
A) Tramvay sürücüsü, çünki o, svetoforun əlavə bölməsindəki yşıl işıq üzrə hərəkət edir;
B) Düzünə hərəkət edən avtomobilin sürücüsü;
C) Tramvay sürücüsü belə vəziyyətdə dayanaraq svetoforun əsas bölməsində sarı və ya qırmızı işığın yanmasını gözləməli və düzünə hərəkət qadağan edildikdən sonra sağa dönməlidir
Sualın doğru cavabı belədir: Şəkildəki tramvay svetoforun əlavə bölməsindəki yaşıl işıq üzrə hərəkət etsə də, həmin bölmə svetoforun əsas yaşıl işıq bölməsi ilə eyni vaxtda yanır. Deməli, “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 3-cü hissəsinə əsasən, tramvay hərəkət üstünlüyünə malikdir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Düzünə hərəkət edən avtomobilin sürücüsü sağa dönən tramvaya yol verməlidir.
Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onun təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













