Bunu sürmək üçün də kateqoriyalı sürücülük vəsiqəsi lazımdır

Yarışma 18 Avqust 2014 15:15 Oxunub 18587
Bunu sürmək üçün də kateqoriyalı sürücülük vəsiqəsi lazımdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual bir qədər nəzəri bilik tələb etsə də, çox sadə və asandır.

Sual belədir: Şəkildə gördüyünüz nəqliyyat vasitəsini idarə etmək üçün hansı kateqoriyalı sürücülük vəsiqəsi lazımdır? 

Suala verilən cavabların sayı az oldu. Görünür, bu barədə məlumatsızlıq öz rolunu oynadı. Bütün hallarda, bizə ünvanlanan cavabları və doğru cavabı təqdim edirik.

 

Vüqar - Bu buldozeri idarə etmək üçün traktidarə etməyə imkan verən sənəd - yəni mexanizattraktorçu vəsiqəsi lazımdır. adi ABCDE kateqoriyaları bunu idarə etməyə imkan vermir. daha dəqiq desək ağır tırtıllı texnika üçün xüsusi E kateqoriyası tələb olunur

 

Rafiq - Bu texnikani istifade etmek ucun kataqoruya deyil,xususi suruculuk vesiqesi lazimdir,

 

Vusal İmanov - Texnika sürücüsü vəsiqələrində bütün texnikalar tipindən, təyinatından və idarəetmə xüsusiyyətindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünürlər:“A”, “B” , “V”, “Q”, “D” və “E”.3.6. Texnika sürücüsünün yalnız vəsiqədə qarşısında icazə verilən kateqoriyalı texnikaları idarə etmək hüququ vardır:A - təkərli traktorlar , 14 kN 1,4 t sinfinə kimi;“B” - təkərli traktorları, 14 kN 1,4 t sinfindən yuxarı;

“V” - tırtıllı traktorları;

“Q” - mexaniki transmissiyalı özüyeriyən maşınları;

D - hidrostatik transmissiyalı özüyeriyən maşınları;

E - meliorasiya və yol-tikinti maşınlarını, o cümlədən çalovunun tutumu 0,65 kub metrə kimi olan ekskovatorları.

Cavab “V” - tırtıllı traktorları sürmək üçün.

 

Arzu - Traktor suruculuk vesiqesi

 

Ərşad Hüseynovun təqdim etdiyi sualın doğru cavabı isə belədir: Bu sualın və verdiyimiz bütün digər sualların cavbları qanunvericilikdə və müxtəlif vəsaitlərdə, o cümlədən mənim müəllifi olduğum kitablarda var. Sürücülərimizə və sürücü olmaq istəyənlərə məsləhət edirəm ki, yenilikləri daim izləsinlər.

Təəssüf ki, sonuncu sualımızın doğru cavbını heç kəs verməmişdir. Sual texnika sürücüsü vəsiqəsi ilə bağlı idi. Bu vəsiqələri Kənd Təsərrüfatı Nazirliyi verir. Bu nazirliyin 2012-ci ildə təsdiq etdiyi Təlimata uyğun olaraq, şəkildə gördüyünüz nəqliyyat vasitəsini, yəni tırtıllı traktor bazasında olan buldozeri idarə etmək üçün “TT” kateqoriyalı texnika sürücüsü vəsiqəsi lazımdır. Beləliklə, doğru cavab:  Şəkildə gördüyünüz nəqliyyat vasitəsini idarə etmək üçün “TT” kateqoriyalı texnika sürücüsü vəsiqəsi lazımdır.

Amma Vüsal İmanov adlı oxucumuzun cavabı qismən doğrudur. Məsələ burasındadır ki, həqiqətən də, 2012-ci ildə yeni Təlimat qəbul edilənədək şəkildəki texnikanı idarə etmək üçün “V” kateqoriyalı texnika sürücüsü vəsiqəsi lazım idi. Hətta bu sürücülük vəsiqələri istifadə müddəti bitənə və ya başqa səbəbdən yeni nümunəyə dəyişdirilənədək indi də qüvvədədir. Odur ki, şərti olaraq Vüsal İmanov adlı oxucumuzu bu həftənin sualının qalibi saya bilərik.

 

Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Aliyev vusal 15 Aprel 2018 21:59
Sumqayit
vusal imanov 10 Noyabr 2014 22:55
Salam.Cavabin qalibi hesab edildimse eger..kuponu nece elde ede bilerem. 055 335 15 59-a zeng ele
mursud 10 Noyabr 2014 22:55
is axtariram