Reklam

Burada avtobusun sürücüsü yol verməlidir – SUALIN CAVABI

Yarışma 1 Sentyabr 2014 14:09 Oxunub 19117
Burada avtobusun sürücüsü yol verməlidir – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Şəkildə gördüyünüz nəqliyyat vasitələrindən hansının sürücüsü yol verməlidir?

A) Minik avtomobilinin sürücüsü;

B) Avtobusun sürücüsü;

C) Bu vəziyyəti yol hərəkəti qaydaları tənzimləmədiyindən sürücülər öz aralarında razılaşmaya uyğun ardıcıllıqla bu yolayrıcını keçməlidirlər.

Həftə ərzində suala cavabların sayı çox olsa da, onların hər birini təqdim edirik:

 

Elvin - Avtobus sürücüsü yol verməlidir. Çünki, işıqforun işlək vəziyyəti bütün üstünlük nişanlarını qüvvədən salır.İşıqfişləmədikdə üstünlük nişanları qüvvəyə mimir

 

Alim - Qırmızı maşın yol vermelidir

 

Fariz - Sedan yol verməlidir.

 

Zülfəli - Avtobus sürücüsü yol verməlidir. Çünki, işıqforun işlək vəziyyəti bütün üstünlük nişanlarını qüvvədən salır.

 

Murad - A

Şaiq - Minik avtomobilinin sürücüsü yol verməlidir

 

Nasir - Elbetteki qirmizi mawin yol vermelidir cunku yolun saqinda gozleme niwani var

 

Ramil - Minik mashni yol vermelidir

 

Əli – Cavab: minik avtomobili. ustunluk nişanı nizamlanmayan yollarda üstünlüyə sahibdir burda isə işıqfolduğu üçün nişan qüvvədən düşür. avtobus minik avtomobilinin sağ hərəkət istiqamətinə döndüyü üçüçn yol verməlidir. birinci minik avtomonili keçdikdən sonra avtobus keçe bilər

 

Elmir - Cavab B-dir. Şəkildə görünən üstünlük nişanları işıqfişləmədiyi halda qüvvəyə minir.İşıqfişlədiyinə görə avtobus minik avtomolinə yol verməlidir.

 

Farid – A. Minik avtomobilin surucusu yol vermelidir cunku minik avtomobilin surucusu bas yolda deyil ve orda dayanmadan kecmek qadagandir yol ver isaresi var.

 

Emil Məmmədov - Mənə sizin uduş lazım deyil, sadəcə bu bisavadları yoldan yığışdırın onlara görə avtomobili idare eləmək olmur,hamısı elə yaxşı yazır ki, minik avtomobili yol verməlidir. Gedin yol hərəkəti qaydaları oxuyun, sonra yazın, 

Cavab B. avtobusun sürücüsü minik avtomobilinə yol verməlidir, «yol ver» nişanı və baş yolun istiqaməti işiqfor işləməyəndə güvvəyə minir

 

Shahid – B. Avtobusun sürücüsü yol vermelidir

 

Perviz - Her ikisine yasil isiq yandigina gore minik avtomobili ancaq qarsidan duzune ve saga donen neqliyat vastesine yol vermelidi, bu halda ise yol minik avtomobilinindi.

 

Ramin – Bu sekilde yol sernisin aftobuzunundur. Birinci novbede ona gore ki, sola donme edir. İkinci novbedese minik masinina svetoforun emredici nisani yasil yansa da ona bas yolun qarsi yol gosteren yol nisani gosterilir. Ve en asasi gozle nisini ile emir edilir.

 

Ferhad - B varianti. Eger ishiqfor işleyirse gozle niwani olur. Onun ucunde avtobus yol vermelidi

 

Emin- İşıqfov işlədiyi üçün bütün üstünlük nişanları qüvvədən düşür. Hər ikisi üçün yaşıldır, yəni eyni əhəmiyyətli yoldu. Eyni əhəmiyyətli yolda sola dönərkən NV düzünə və sağa dönən NV-nə yol verməlidir. Avtobus yol verməlidir. B varianti

 

Tural Rehimli - Minik avtomobili-Avtobusa yol vermelidir.Çünki,avtobus baş yolda hereket edir ve qarşısında baş yol işaresi var.Qarşı terefde olan minik avtomobilinin qarşısındakı 3 bucaq işaresi var yeni yol ver nişanının telebini yerine yetirmelidir.Ümumiyyetle minik avtomobili bu 4 yol kesişmesinde hemin 3 bucaq işareye göre bütün hereketde olan neqliyyat vasitelerine yol vermelidir.

 

Roman - A

 

Ismayil - Sfetafishlediyinr gore yol nishanlari quvveden dushur,ve onagorede avtobus yol vermelidi

 

Azer - A Minik avtomobilinin sürücüsü

 

Elshan – B. avtobus surucusu

 

Zaur - A minik avtobabili

 

Elçin - Minik avtomobili yol vermelidir avtobus bas yolla gelir, hem de minyin qarsisinda yol ver nisdani var

 

Elnur - A

 

Orxan A bendi. miniik avtomobili yol vermelidir.niwanlar var

 

Asif - Men dushunduyume gore, avtomobil yol vermelidir avtobusun surucusune. Cunki orda niwan var, yol ver nisani

 

Arzu - Ishiqforun yashil ishiq siqnali yanir ve yol nizamlanan yoldur.Ag lovhe ve yol ver nishani oz quvvesini itirir,isiqforun siqnali ustundur.Shekilde gorduyumuz minik avtomobili ve avtobus surucusu eyni ehemiyyetli yoldadirlar.Qaydaya gore eyni yolda sol istiqamete donen relssiz n.v surucusu duz ve sag istiqamete hereket eden relssiz n.v surucusune yol vermelidir.Cavab-sola donen avtobus surucusu duzune hereket eden minik avtomobili surucusune yol vermelidir.

 

Zaur - Minik avtomobilinin surucusu yol vermelidir, chunki, ikinci dereceli yolda gedir

 

Murad - Avtobus sola dönərkən minik maşını buraxmalıdır. Yol minik maşınındır qırmızı maşın çekdikdən sora qırmızı maşın keçə bilər.

 

Vusal Imanov - Burada isiqfolduquna gore yol isareleri oz quvvesini itirir.minik Avtomobili duzune avtobus surucusu ise donme emeliyyati etdiyine gore ,avtobus surucusu minik avtobiline yol vermelidir.cavab Bvarianti.

 

Okus - Yol minik avtomobilindi cunki o duzune hereket edir avtobus ise donme emliyatini yerine yetrir avtubus terfden sekile baxanda gorunur ki minik avto. Onun sagina dusur.burda isiqfquvede olduquna gore bas yol nisani quveden dusur eger isiqfolmasa ve yaxudda islemeseydi onda minik avtomoboli yol vermeliydi cunki bas yolda avtobusdu.

 

Agshin - Isiqfor olduguna ve yasil isig yandigina gore avtobus minik avtomobiline yol vermelidir

 

Elcin - Avtobus baw yoldadi minik mawinina yol vermelidir

 

 

Cavid – B. Avtobusun sürücüsü

 

Rumiyye Mir Aslan - Isiqforun yasil isiqi yandiqina gore aftobus surucusu yol vermelidir mence.

 

Ilyas Muradov - Mınık maşını yol vermelıdır cunkı qRşısındakı yol ışaresı gösterır kı yol vermelıdır.

 

Vusal Imanov - Burada isiqfor olduquna gore yol isareleri avtomatik olaraq oz quvvesini itirir.minik avtomobili duzune .avtobus ise donme emeliyati etdiyine gore..avtobus surucusu minik avtomobiline yol vermelidir.cavab B) varianti

 

Aze Farid Jabarli - Isiqfor islek veziyyetde olanda butun znaklar quvveden dusur,avtobubus gozlemelidir,avtomobil kecenden sonra sola donmelidir

 

Ferhad A-ov- B varianti duzgundu. Ishiqfor ishleyirse gozle nishani olur

 

Şahid Qedirli – B. Avtobusun sürücüsü yol vermelidir

 

Elcin Məmməd Oglu - Minik avtomobilinin surucusu yol vermelidir

 

Sohlu Eliyev - Minik masini yol vermelidi

 

Emin Binyatov - Minik avtomobili yol vermelidir

 

Agshin Adigozalli - Avtobus minik avtomobiline yol vermelidir, cunki isiqfor var ve yasil isigi yanir. Tenzimlenen yol ayricinda isiqfora baxmaq lazimdir. Isiqfor olan yerde qalan yol hereketi nisanlari tesirini itirir. Isiqfor islemese nisanlara baxilir ve minik avtomobili yol verir.

 

MobyCafe Del Mar - Minik avtomobili yol vermelidir . ona gore ki yol ver iwresi var ve eyni zamanda serniwin avtomobilini hreket yolunda baw yol iwaresi var

 

Vusal Hajievv - Cavab C varianti bildiyime gore... Ona gore ki bu znak stop znaki deyilki dayanib avtobusa yol verib kecsin..ikinci halda isebeleola bilerki avtobus dayanib sagin gozluyubkecebiler...na gore Cdaha uygun gelirki suruculer raziliga gelib kece biler....

 

Haji G-ev - Hamida yalnishdir... Baxin ikisindede yashil ishiq yanir... Amma minik avtomobilinin seftaforunun ustundeki znaka bacin o yani odurki qarshidan gelen auto ya aftobusa yol vermelidir yani inik dayanmalidi

 

Farid Rafiyev - Minik avtomobili yol vermelidir cavab a)

 

Əli Əlibəyli - Nizamlanan yol ayrici oldugunda minik avtomabili hec kime yol vermemelidi

 

Şaiq Məsimov - Minik avtomobilinin sürücüsü yol verməlidir

 

Sualın doğru cavabı isə belədir: Şəkildə svetoforla nizamlanan yolayrıcı verilmişdir. Standarta uyğun olaraq istənilən yolayrıcı, o cümlədən svetofor qoyulmuş yolayrıcı da üstünlük nişanları ilə təchiz edilməlidir ki, müxtəlif səbəblərdən svetofor işləmədikdə yolayrıcını keçmə növbəliliyi ilə bağlı sürücülər arasında anlaşılmazlıq və münaqişə yaranmasın. Lakin “Yol hərəkəti haqqında» Qanunun 75-ci maddəsinin IV hissəsindən aydın olur ki, yalnız nizamlanmayan yolayrıclarını keçmə zamanı yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etmək lazımdır. Əgər svetofor işləyirsə, belə yolayrıcı nizamlanan yolayrıcıdır. Nizamlanan yolayrıcının keçilməsi qaydaları isə “Yol hərəkəti haqqında» Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddənin I hissəsində deyilir ki, nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bizim sualda da məhz bu vəziyyət təsvir edilib: avtobus yaşıl işıqda sola dönür, minik avtomobili isə yaşıl işıqda düz keçir. Beləliklə, doğru cavab “B” variantıdır, yəni avtobusun sürücüsü yol verməlidir. 

Hörmətli oxucular, bu sualı verməkdə məqsədimiz yollarımızda tez-tez yaranan bir anlaşılmazlığı aradan qaldırmağa kömək etmək idi. Ümumiyyətlə, bir məqamı yadda saxlamaq lazımdır ki, nizamlayıcı (yəni yolayrıcında keçmə növbəliliyini müəyyən edən DYP əməkdaşı), svetofor və üstünlük nişanları bir-birinin alternatividir. Özü də onların əhəmiyyəti belə müəyyən olunub:

1) əgər nizamlayıcı varsa, qalan iki vasitə (yəni svetofor və üstünlük nişanları) qüvvədən düşür (əhəmiyyətini itirir). Ona görə də belə halda bu iki vasitənin göstərişinə məhəl qoymadan yalnız nizamlayıcının siqnallarına (göstərişlərinə) uyğun hərəkət edərək yolayrıcını “Yol hərəkəti haqqında» Qanunun 76-cı maddəsin tələblərinə uyğun keçmək lazımdır;

2) əgər svetofor varsa və o, müvafiq qaydada işləyirsə, üstünlük nişanları qüvvədən düşür (əhəmiyyətini itirir). Ona görə də belə halda üstünlük nişanlarının göstərişinə məhəl qoymadan yalnız svetoforun siqnallarına (göstərişlərinə) uyğun hərəkət edərək yolayrıcını “Yol hərəkəti haqqında» Qanunun 76-cı maddəsin tələblərinə uyğun keçmək lazımdır;

3) əgər nizamlayıcı və svetofor yoxdursa, yaxud svetofor işləmirsə (və ya svetoforun yalnız sarı işığı yanıb-sönürsə), onda belə yolayrıcı nizamlanmayan yolayrıcıdır və bu yolayrıcını keçərkən üstünlük nişanlarını rəhbər tutaraq “Yol hərəkəti haqqında» Qanunun 77-cı maddəsinin tələblərinə uyğun hərəkət etmək lazımdır.

Suala xeyli sayda oxucularımız cavab verib. Özü də həm doğru, həm də yanlış cavablar çoxdur. Şərtlərimizə uyğun olaraq bu suala ilk və əhatəli doğru cavabı Agshin Adigozalli adlı oxucumuz verib və o, sponsorun təyin etdiyi mükafatı qazanıb. Digər oxucularımıza da fəallıqlarına görə təşəkkür edirik və növbəti suallarda bəxtlərini bir daha sınamağı tövsiyə edirik.

Hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək lazımdır.

Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Resul 10 Noyabr 2014 22:55
Cavab BAvtobusun surucusu yol vermelidir