Dağ xizəyi üzrə beynəlxalq yarışlar Azərbaycanda da keçiriləcək - FOTO

“Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən homoloqasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib.
Bu barədə Qış İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi başa çatıb.
Prosedurlar FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilib.
Sertifikata əsasən “Şahdağ” Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, giqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilir.
Eyni zamanda, “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışların keçirilməsi üçün Beynəlxalq Xizək Federasiyasının yarış təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, homoloqasiya xizək və snoubord üzrə idmançıların ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amil olaraq qəbul edilir.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












