Formula 1-də səs-küylü istefа: "Red Bull" Kristian Hornerlə yollarını ayırdı

"Formula-1" üzrə dünya çempionatında çıxış edən Avstriyanın "Red Bull" komandası britaniyalı mütəxəssis Kristian Horneri komandanın rəhbəri vəzifəsindən azad edib.
Avtosfer.az xəbər verir ki, bu barədə yarış kollektivinin Mətbuat Xidməti məlumat yayıb.
Komandanın yeni rəhbəri daha əvvəl "Red Bull" şirkətinin digər komandası - "Racing Bulls"da eyni vəzifədə çalışan Loran Mekis olub.
Hazırda "Red Bull" Mühəndislər Kubokunda 172 xalla dördüncü yerdə qərarlaşıb. Çempionata isə 460 xalla Britaniyanın "McLaren" komandası başçılıq edir.
Xatırladaq ki, ötən il "Red Bull"un əməkdaşlarından biri Kristian Horneri seksual xarakterli qısnamada ittiham etmişdi. Horner bu ittihamları rədd etmişdi, bir neçə məhkəmə instansiyası da onun tərəfini tutmuşdu.
Qeyd edək ki, Kristian Horner "Red Bull" komandası çempionatda debüt etdiyi gündən, yəni 2005-ci ildən onun başçısı postunu tuturdu. Onun rəhbərliyi altında "qırmızı öküzlər" 20 il ərzində 8 dəfə sürücülərin, 6 dəfə komandaların çempionatında qalib olublar.
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB








