''Formula 1''-ə hazırlıq: İzləyiciləri hansı sürprizlər gözləyir? - VİDEO

Bakıda gələn il keçiriləcək ''Formula 1'' yarışlarına hazırlıq davam edir. Artıq avtomobillərin şütüyəcəyi trasın layihəsi hazırdır.Təşkilatçılar bu idmanın həvəskarlarına və paytaxt sakinlərinə böyük sürprizlər vəd edirlər. İlkin təqvimə görə, dünyada milyonlarla insanın maraqla izlədiyi "Formula 1" yarışı Bakıda gələn ilin iyun ayının 17-də baş tutacaq.
Ölkəmizdə ''Formula 1''-i təşkil edən ''Baku Grand Prix'' şirkətinin milli mətbuat katibi Nigar Arpadarai bildirib ki, yarış keçiriləcək trasın layihəsi artıq hazırdır və təsdiq üçün avtomobil federasiyasına təqdim edilib.
Hərəkət saat əqrəbinin əks istiqamətində olacaq. İdmançılar Hökümət evinin arxasından ''İçəri şəhər''ə tərəf gedəcək. Bu ərazini dövrə vurandan sonra avtomobillər Dənizkənarı Milli Parkın yanından keçərək finişə gələcəklər. Yolun yarışa hazırlamasına gələn ilin əvvəlindən başlanılacaq.
Yarışın izlənməsi üçün 19 min 500 oturacaqlı tribunaların quraşdırılması və çoxlu sayda insan üçün ayaqüstə yerlərin təşkili nəzərdə tutulur. "Formula 1" şəhərciyində isə insanların əylənməsi üçün hər cür şərait yaradılacaq. Beynəlxalq yarış həm də Azərbaycana çoxsaylı turistlərin cəlb edilməsini hədəfləyir.
Biletlər satışa bu ilin sonunda çıxarılacaq. Ölkəmizdə artıq çoxsaylı mötəbər tədbirlər keçirildiyindən, bu yarış üçün əsas infrastruktur hazırdır və əlavə xərclərə ehtiyac yoxdur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












