Formula-1 əfsanəsi Şumaxerlə bağlı xoş xəbər - FOTO

Əfsanəvi “Formula-1” pilotu, 7 qat dünya çempionu Mixael Şumaxer yataqdan qalxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Mail” idmançının ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, 13 il əvvəl xizək kurortunda baş vermiş dəhşətli qəza nəticəsində ağır xəsarət almış keçmiş idmançı artıq əlil arabasında otura bilir və ailə mülklərinin ərazisində gəzintiyə çıxarılır.
Mixaelə 30 illik həyat yoldaşı Korinna, həmçinin tibb bacıları və terapevtlərdən ibarət komanda qulluq edir. Mənbələrin məlumatına görə, daimi tibbi qulluğa çəkilən xərclər həftədə on minlərlə funta başa gəlir.
Qeyd edək ki, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan M.Şumaxer ağır kəllə-beyin travması almışdı. 57 yaşlı keçmiş idmançının bərpası uzun illər boyu sirr olaraq saxlanılıb. Onun vəziyyəti haqqında yalnız ən yaxın qohumlarının və bir neçə etibarlı dostunun məlumatlı olduğu bildirilir.


Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır












