"Formula 1" komandasının rəhbəri koronavirusa yoluxdu
Yarışma
12 Mart 2021 08:55

"Formula 1" üzrə dünya çempionatında çıxış edən İtaliyanın "Alfa Romeo" komandasının rəhbəri Frederik Vassyor koronavirusa yoluxub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə yarışın Mətbuat xidməti xəbər yayıb.
Vassyorun analiz nəticələri Bəhreyndə bu gün start götürəcək test yürüşü ərəfəsində müsbət nəticə verib. Protokola əsasən, o, dərhal evində karantinə alınıb. İkinci test mənfi çıxsa da, "Alfa Romeo"nun rəhbəri təhlükəsizlik qaydalarına əməl etməlidir.
Bu, səbəbdən Bəhreynə getməyən Vassyor qarşıdakı 7 gün ərzində təcrid vəziyyətində qalacaq. Onun hazırda özünü yaxşı hiss etdiyi və komanda ilə uzaqdan işləyəcəyi bildirilib.
Məhdudiyyətlər "Alfa Romeo"nun digər üzvlərinə şamil edilməyib.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
Oxunub : 1518
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
24 Sentyabr 2026 09:11
Bu gün Bakıda "Formula 1" başlayır
22 Sentyabr 2026 19:00
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
18 Sentyabr 2026 10:11
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
11 Sentyabr 2026 12:30
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
4 Sentyabr 2026 20:00
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
28 Avqust 2026 11:18
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
18 Avqust 2026 12:00
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
ŞƏRH YAZ












