"Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər

"Formula 1" pilotları 2025 mövsümündən etibarən nalayiq ifadələr işlətdiklərinə, həmçinin Beynəlxalq Avtomobil Federasiyasını (FIA) tənqid etdiklərinə görə cərimə və diskvalifikasiya oluna bilərlər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Beynəlxalq İdman Məcəlləsinin yeni versiyasında bu davranışlar təhqiredici, incidici, kobud, alçaldıcı hesab edilə bilən dil, jest və ya işarələrin istifadəsi, həmçinin fiziki təsir və sadalanan hərəkətlərdən hər hansı birini törətməyə təhrik kimi qəbul olunacaq.
Məcəlləyə əlavədə göstərilir ki, "qeyri-qanuni davranış" halında iki il ərzində pilotlar üçün birinci pozuntu 40 min avro cərimə, ikinci pozuntu 80 min avro cərimə və 1 aylıq şərti diskvalifikasiya, üçüncü pozuntu isə 120 min avro cərimə, 1 aylıq kənarlaşdırma və çempionatda xalların ləğvi ilə nəticələnəcək.
Qeyd edək ki, "Formula 1"in yeni mövsümünün ilk mərhələsi martda Avstraliyada keçiriləcək.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












