Formula 1 təqviminə salınan Türkiyə Qran-Prisinə hazırlıq başlayıb

Yenidən Formula 1 təqviminə salınan Türkiyə Qran-Prisinə hazırlıq başlayıb. Artıq yarış trasında hazırlıq işlərinə start verilib. Qarşıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən bir neçə yoxlamanın aparılması planlaşdırılıb. Türkiyənin “İntercity Group” şirkətindən bildirilib ki, hər şey vaxtında hazır olacaq.
Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də “İstanbul Park”da təşkil olunacaq.
Qeyd edək ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilməyib. (AZƏRTAC )
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












