"Formula 1"də debüt sprint yarışının yeri bilindi

"Formula 1" üzrə dünya çempionatının 2021 mövsümündə ilk sprint yarışının keçiriləcəyi yer müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Formula 1"in rəhbəri Stefano Domenikali "Daily Mail"ə açıqlamasında bildirib.
O deyib ki, debüt sprint yarışı iyulun 17-də Böyük Britaniyadakı Silverstoun avtodromunda gerçəkləşəcək: "Qran-prinin nüfuzunu azaltmaq istəmirik. Yarış həftəsonunun əsas hadisəsi olaraq qalacaq. Ancaq cümə və şənbə günləri sprint üçün təsnifat keçiriləcək. Beləliklə, Qran-pridən bir gün əvvəl əhəmiyyətli yarışımız olacaq. Bu yarış təxminən 1,5 saat davam edəcək. Podium mərasimi həmin vaxt yox, bazar günü olacaq".
Qeyd edək ki, sprint yarışlarda tribunalarda 100 mindən çox azarkeşin olacağı gözlənilir. Yeni mövsümdə üç "Formula 1" Qran-prisində sprint yarışları nəzərdə tutulub.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Britaniya Qran-prisi 16 - 18 iyulda olacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












