“Formula-1”in Bakıda keçirilməsi yenə sual altındadır - AÇIQLAMA

“Formula-1” yarışının iyunun 6-da Bakıda keçirilməsi ilə bağlı heç bir dəyişiklik yoxdur. Dünən “Formula-1” builki yarışın təqvimini açıqlayanda da Azərbaycan Qran Prisi nəzərdə tutulub”.
Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva deyib.
Almaniyanın “Auto Motor und Sport” nəşri ötən il olduğu kimi, bu il də Azərbaycan Qran Prisinin keçirilməyə biləcəyini yazıb. Səbəb kimi trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı yeddi həftə vaxt lazım olduğunu, pandemiya səbəbindən xaricdən Azərbaycana işçilərin gələ bilməməsi göstərilib.
Lakin Gülnaz Quliyeva hər şeyin karantinin götürülməsindən asılı olduğunu bildirib:
“Açığı, həmin məqalə ilə tanış deyiləm. Amma rəsmi olan budur ki, bu yarış 4-6 iyun tarixlərində baş tutmalıdır. Düzdür, tras parada görə sökülüb. İlk illər təcrübəsiz olduğumuzdan, yarış zolağının bərpasına ötən ilin sonundan başlayırdıq. İndi isə qısa müddətə bunu edə bilirik. Bizim işçilər hazırda karantinə görə ev rejimində işləyir. Karantinin bitməsini gözləyirik. Bitdikdən sonra işçilər trasın bərpasına başlayacaq”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












