Banner

"Formula 1"in biletləri satışa çıxarılır

Yarışma 8 Dekabr 2015 18:13 Oxunub 2002
"Formula 1"in biletləri satışa çıxarılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"2016 Formula 1" Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuraulcaq

Bakı Şəhər Halqası (BŞH) dekabr ayının 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə baş tutacaq olan "2016 Formula 1" Avropa Qran Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq. BŞH-dan verilən məlumata görə, bilet satışının başlanması həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm “Son 6 ay” tədbiri ilə eyni günə təsadüf edəcək. "Formula 1" təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini, www.bakucitycircuit.com  saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq. “Son 6 ay” bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşaiyət olunan əyləncələrlə tam olacaq və gələn il iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq. Bu əlamətdar gəlişmə barədə danışarkən BŞH-nın icraçı direktoru Arif Rəhimov “Bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir və biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet  satışlarının başlanğıcı və “Son 6 ay” bayramı Bakıda "Formula 1"in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq” - deyə qeyd edib.

2016 Formula Avropa Qran Prisi azarkeşlərə start/finish zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına və eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçəri Şəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq "Formula 1" Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi  və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh