"Formula-1"in keçiriləcəyi tarix məlum oldu

"Gələn il Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Prisinin dəqiq tarixi məlum olub. Yarış gələn ilin iyun ayının 19-da baş tutacaq". Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərlə görüşündə Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Pri yarışlarını təşkil edəcək "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib. Onun sözlərinə görə, bu yarış futbol üzrə dünya çempionatı və Olimpiya oyunlarından sonra üçüncü ən ciddi idman tədbiridir: ""Formula-1" Avropa Qran-Pri yarışları dünyanın 187 ölkəsində yayımlanır, 500 milyondan artıq aidutoriyası var".
Paytaxtın mərkəzi küçələrində baş tutacaq yarışın ölkəmizin qarşısında böyük imkanlar açacağını deyən N.Arpadarai bildirib ki, bu tədbir ölkəmizə turist axınını gücləndirəcək: "Bakı şəhərinin yolları "Trasslar qrupu"na aid olduğu üçün bu tədbir şəhərin mərkəzi küçələrində təşkil ediləcək. "Formula-1"ə hazırlıq çərçivəsində yollarda təmir işləri aparılacaq, yol örtükləri yenilənəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. "Hökumət evi"nin qarşısında "Formula-1" şəhərciyi tikiləcək. Tamaşaçı tribunaları gecələr qurulacaq ki, əhalinin gediş-gəlişinə mane olmasın. Tikinti işləri gələn il aparılacaq və bu zaman hava şəraiti nəzərə alınacaq. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi növbəti ciddi uğurlardan biri olacaq".
Elmin
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












