"Formula-2": Azərbaycan Qran-prisində birinci əsas yarış BAŞLADI - FOTO

Yarışma 25 Sentyabr 2026 14:36
"Formula-2": Azərbaycan Qran-prisində birinci əsas yarış BAŞLADI  - FOTO
WhatsApp kanalımıza abunə olun

"Formula-2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışa start verilib.

Avtosfer.az xəbər verir ki, 14:15-də start götürən yarış 15:20-ə qədər davam edəcək.

"Formula-2" üzrə ikinci əsas yarış isə sabah saat 11:00-da start götürəcək.

Qeyd edək ki, əsas yarış 29 dövrə və ya 60 dəqiqə, + 1 dövrə davam edəcək.

***09:56

"Formula-2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırılıb.

Avtosfer.az xəbər verir ki, yarışın yekunlarına əsasən ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

***09:28

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.

Avtosfer.az xəbər verir ki, 45 dəqiqədən ibarət sessiyada DAMS komandasının sürücüsü Dino Beqanoviç birinci olub.

"Trident" komandasından Lorens van Hopen ikinci, "Rodion Motosport" komandasından Aleks Dann isə üçüncü yerə çıxıblar.

Qeyd edək ki, "Formula-2" üzrə əsas yarışa isə saat 14:15-də start veriləcək.

***09:00

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Avtosfer.az xəbər verir ki, 08:15-də start götürən yarış 09:05-ə qədər davam edəcək.

"Formula-2" üzrə əsas yarışa isə saat 14:15-də start veriləcək.

Qeyd edək ki, sprint yarışı 21 dövrdən və ya 45 dəqiqə+1 dövrədən ibarət olacaq

FOTO QALEREYA
Oxunub : 424
ŞƏRH YAZ
Ad

E-mail

Şərh