Reklam

Geriyə dönmə manevrini hansı trayektoriya üzrə icra edə bilər? – YENİ SUAL

Yarışma 13 Yanvar 2015 10:26 Oxunub 5411
Geriyə dönmə manevrini hansı trayektoriya üzrə icra edə bilər? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitəsi ilə geriyə dönmə manevrinin edilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu nəqliyyat vasitəsinin sürücüsü geriyə dönmə manevrini hansı trayektoriya üzrə icra edə bilər? 

A) 1-ci trayektoriya üzrə;

B) 2-ci trayektoriya üzrə;

C) Bu trayektoriyalardan hər ikisi üzrə;

Ç) Bu trayektoriyalardan heç biri üzrə edə bilməz.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vusal İmanov 10 Noyabr 2014 22:55
Ç Bu trayektoriyalardan heç biri üzrə edə bilməz.
Elçin 10 Noyabr 2014 22:55
B 2-ci trayektoriya üzrə;
tebriz 10 Noyabr 2014 22:55
C variantı.hər ikisi üzrə.
Samir 10 Noyabr 2014 22:55
C Bu trayektoriyalardan hər ikisi üzrə;
Qasimov Elvin 10 Noyabr 2014 22:55
A 1-ci trayektoriya üzrə;
Seva 10 Noyabr 2014 22:55
B.
Novruz 10 Noyabr 2014 22:55
cavab:C
Kanan 10 Noyabr 2014 22:55
B 2-ci trayektoriya üzrə;
tofiq 10 Noyabr 2014 22:55
A
Oktay 10 Noyabr 2014 22:55
mence magistisal yolda geriye donmeye icaze yoxdur. ç bəndi
ALI 10 Noyabr 2014 22:55
1-ci ama qarşıdan gələni gözləmək şərtiylə