Banner

Hansı halda qabaq duman faralarından istifadə məcburidir? – YENİ SUAL

Yarışma 5 Yanvar 2015 22:00 Oxunub 3019
Hansı halda qabaq duman faralarından istifadə məcburidir? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Öncə yol hərəkəti qaydaları üzrə biliklərini sınamaq istəyənləri yeni - 2015-ci il münasibətilə təbrik edirik. Bu il üçün ilk sualımız nəqliyyat vasitələrinin işıq cihazlarından istifadə qaydaları ilə bağlıdır. Sual zahirən sadə görünsə də, diqqət tələb edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Aşağıdakı hallardan hansında nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə məcburidir?

A) Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində;

B) Məhdud görünmə şəraitində;

C) Nəqliyyat vasitəsinin yaxın və ya uzaq işıqları yandırılmalı olduğu istənilən halda;

Ç) Mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələrində;

D) Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda məcburi deyil.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vusal Imanov 10 Noyabr 2014 22:55
D Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda məcburi deyil.
Elvin 10 Noyabr 2014 22:55
A Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində;
Sediyar 10 Noyabr 2014 22:55
C Nəqliyyat vasitəsinin yaxın və ya uzaq işıqları yandırılmalı olduğu istənilən halda;
Ezizaga 10 Noyabr 2014 22:55
B Məhdud görünmə şəraitində;
Vusal Ahmadov 10 Noyabr 2014 22:55
Salam. Sualin duzgun cavabi A bendidir.
Mircami 10 Noyabr 2014 22:55
D Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda məcburi deyil.
Elçin 10 Noyabr 2014 22:55
D Nəqliyyat vasitəsinin qabaq duman faralarından istifadə heç bir halda