Reklam

Hansı nəqliyyat vasitəsi birinci keçməlidir? -  YENİ SUAL

Yarışma 10 Mart 2015 07:38 Oxunub 6262
Hansı nəqliyyat vasitəsi birinci keçməlidir? -  YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sulaını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydası ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu yolayrıcını hansı nəqliyyat vasitəsi ilk olaraq keçməlidir? 

A) Sağdan yxınlaşan 1-ci nəqliyyat vasitəsi, çünki o, yolayrıcına daha yaxındır;

B) 2-ci nəqliyyat vasitəsi, çünki onun getdiyi yol enlidir və baş yoldur;

C) 1-ci nəqliyyat vasitəsi, çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;

Ç) Bu vəziyyətdə sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

huseyn 10 Noyabr 2014 22:55
1 ci avtomobil çün ki sağdakını buraxmalısan
resad 10 Noyabr 2014 22:55
B varianti
Asim 10 Noyabr 2014 22:55
1ci avtomobil. Cavab B
Ziyabil 10 Noyabr 2014 22:55
1
Farid Huseynov 10 Noyabr 2014 22:55
1 nomreli neqliyyat vasitesi birinci kechmelidir
saladdin cafarov 10 Noyabr 2014 22:55
cavab C
Qasim 10 Noyabr 2014 22:55
C C 1-ci nəqliyyat vasitəsi, çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;1.6 nişanı qoyulduğundan eyni əhəmiyyətli yolların kəsişməsinə görə 2 nömrəli maşın sağındakı maşına yol verməlidir.
Orxan 10 Noyabr 2014 22:55
Cavab. C
savd 10 Noyabr 2014 22:55
2 masin esas yoldur
Rəşad 10 Noyabr 2014 22:55
C 1-ci nəqliyyat vasitəsi, çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;
Qahraman 10 Noyabr 2014 22:55
C
elvin 10 Noyabr 2014 22:55
mence 1-ci masin kecmelidir.
Zülfəli 10 Noyabr 2014 22:55
C variantı.
Şəhriyar 10 Noyabr 2014 22:55
C
Nurel 10 Noyabr 2014 22:55
C
Şahin Kərimov 10 Noyabr 2014 22:55
B variantı cunki baş yoldadir.
AYDIN 10 Noyabr 2014 22:55
2 CI MASHIN KECMELIDIR CUN KI ONUN YOLU BASH YOLDUR
omer 10 Noyabr 2014 22:55
c
Rəşad 10 Noyabr 2014 22:55
C variantı
rasad 10 Noyabr 2014 22:55
cavab C 1-ci nəqliyyat vasitəsi, çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;
Murad 10 Noyabr 2014 22:55
cavab C.Cunki 1 nomreli hereket zolaginda olan masin eyni ehemiyyetli yollarin kesismesinde sag terefden yaxinlasir
Fərid 10 Noyabr 2014 22:55
cavab C.çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;