Banner

Hansı sürücü dayanma qaydalarını pozub? –SUALIN CAVABI

Yarışma 22 Dekabr 2014 18:00 Oxunub 2735
Hansı sürücü dayanma qaydalarını pozub? –SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayıb. Yol hərəkəti qaydaları üzrə bilikləri sınamaq üçün növbəti sualımız nəqliyyat vasitələrinin dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual sual belədir:

Bu avtomobillərdən hansının sürücüsü dayanma qaydalarını pozub?

A) Hər iki avtomobilin sürücüsü pozub;

B) Heç biri pozmayıb;

C) Birinci avtomobilin sürücüsü pozub;

Ç) İkinci avtomobilin sürücüsü pozub.

Sualın ilk və əhatəli cavabını Sevil Zamanova adlı oxucumuz verib. Cavab belədir: «Düzgün cavab Ç variantıdır. 2 ci avtomobilin sürücüsü 52-ci maddənin tələbini pozub».

Qalibi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək xahiş olunur.

Sualın doğru və daha dolbun cavabı isə belədir: Şəkildə gördüyünüz 1-ci avtomobil öz hərəkəti istiqamətində yolun sağında yol çiynində, 2-ci avtomobil isə öz hərəkəti istiqamətində yolun solunda yol çiynində dayanıb. «Yol hərəkəti haqqında» qanunun 52-ci maddəsinin 2-ci hissəsinə əsasən, yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında icazə verilir. Təqdim olunan şəkildə göstərilən hallardan heç biri mövcud deyil.

Deməli, sualın doğru cavabı “Ç” variantı olacaq: 2-ci avtomobilin sürücüsü dayanma qaydalarını pozub.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

orxan 10 Noyabr 2014 22:55
cavab 2 cunki ,2 seher daxil olur lakin qarwi yolu tapdalayarak,eksine donur. 1 masin ise duzgun sekilde duz yolu ile yolun sagina cekmiwdir.